Reklam
Belarusdan Rusiyaya 2500-dən çox meyit aparılıb
17-03-2022 10:50

Qomel vilayətinin xəstəxanalarında yaralı rus əsgərlərinin müalicəsini davam etdirilir.
“Azadlıq” radiosunun Blearus xidməti xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, onları Ukraynadan həm quru, həm də hava yolu ilə Narovly şəhərinə, ondan sonra isə Mozır və Qomelə gətirirlər. Rus əsgərlərinin cəsədləri isə qatarlar və təyyarələrlə Rusiyaya yola salınır.
“Mozır xəstəxanasında o qədər çox yaralı rus var - bu, sadəcə olaraq dəhşətdir. Onların iniltilərini bütün xəstəxanada eşitmək mümkündür”, - mənbə "Azadlıq" radiosunun Belarus xidmətinə bildirib.
“Bazar günü təkcə Mozırda yüzə yaxın rusiyalı əməliyyat olunub. Artıq bazar ertəsi xəstəxanaya daha çox yaralı gətirilib. Bütün həkimlər, o cümlədən ümumi praktikantlar, otorinolarinqoloqlar müalicəyə, cərrahi əməliyyatlara cəlb olunublar. Düzdür, yerli sakinlərə də yardım göstərilir, lakin tezliklə bununla bağlı problemlər yarana bilər”, – Mozırda tibb dairələrindəki mənbə jurnalistlərə bildirib.
Mənbələrin bildirdiyinə görə, birbaşa Rusiya hərbi həkimlərindən heç bir məlumat yoxdur. Hətta tibb bacıları da məlumatların açıqlanmaması haqqında müqavilə imzalayıblar: onlar işlərini itirməkdən qorxurlar.
Bu arada Narovlyada tam hüquqlu səhra hospitalı yaradılıb.
Başqa bir mənbə bildirib ki, ötən həftənin sonuna olan məlumata görə, Qomel vilayəti ərazisindən Rusiyaya qatar və təyyarələrlə 2500-dən çox meyit aparılıb. qafqazinfo
Dalidağ.az
Kateqoriya: Sosium
Tarix: 17-03-2022 10:50
Baxış sayı: 3222Yazı axını
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























