Reklam
Rusiya Ukraynadakı AES-i atəşə tutub: Yanğın baş verib
04-03-2022 10:09

Rusiya hərbçilərinin açdığı atəş nəticəsində Enerqodardakı Zaporojye atom elektrik stansiyasında yanğın baş verib.
Dalidag.az xəbər verir ki, AES-ə edilən hücumdan dərhal sonra Ukraynan Prezidenti Volodimir Zelenski dünya liderlərinə müraciət edib.
Zelenski xəbərdarlıq edib ki, bu cür hücumlar Çernobıl faciəsinin təkrarı ilə yekunlaşa bilər: “Avropa indi oyanmalıdır! Hazırda Avropanın ən böyük atom elektrik stansiyası yanır və Rusiya tankları nüvə bölmələrini atəşə tutur. Bunlar termal kameralarla təchiz olunmuş tanklardır. Yəni hara atəş açdıqlarını bilirlər. Onlar buna hazırlaşırdılar. Burada 6 enerji bloku var. Çernobılda cəmi 1 blok partlamışdı. Ukraynada 15 atom enerji bloku var. Burada partlayış Avropanın sonu ola bilər”.
Daha sonra Zaporojye AES-in təlim-tədris korpusunda başlayan yanğın söndürülüb.
Bu barədə ölkənin Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.
Bildirilir ki, Zaporojye AES-in təlim-tədris korpusunda 2 min kvadrat metr sahədə yanğın nəzarət altına alınıb. Ölən və xəsarət alan yoxdur.
Kateqoriya: Sosium
Tarix: 04-03-2022 10:09
Baxış sayı: 4226Yazı axını
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























