Reklam
Füzulidə ilk yaşayış məhəlləsi inşa ediləcək - RƏSMİ
16-02-2022 10:40
Füzuli şəhərində yaşayış məhəlləsinin ərazisinin şaquli planlaşdırması üçün açıq tender elan edilib.Dalidag.az xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyi məlumat verib.
Bildirilib ki, ölkə başçısının işğaldan azad edilmiş ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı müvafiq göstərişlərinə əsasən, işlər uğurla davam etdirilməkdədir.
Füzuli şəhərində Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş yaşayış məhəlləsinin tikintisi Mənzil İnşaatı Dövlət Agentliyinə tapşırılıb. Artıq yaşayış məhəlləsinin ərazisinin şaquli planlaşdırması üçün açıq tender elan edilib.
Ənənəviliklə müasirliyin vəhdət təşkil edəcəyi məhəllədə yerləşən çoxmənzilli binaların layihə - smeta sənədlərinin hazırlanması sürətlə davam etdirilir və tezliklə başa çatdırılacaq. Bu sənədlər dövlət ekspertizasından keçdikdən sonra tikinti işlərinin yerinə yetirilməsi üçün açıq tenderlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada elan ediləcək.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 16-02-2022 10:40
Baxış sayı: 3259Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























