Reklam

Zəngəzur dəmir yol dəhlizinin Ermənistan hissəsini Rusiya idarə edəcək
03-02-2022 15:40
Dalidag.az xəbər verir ki, erməni KİV-lərinin yaydığı məlumata görə, Paşinyan erməni tərəfinin artıq dəmir yolunun Ermənistan hissəsinin tikintisinə dair praktiki məsələləri müzakirə etdiyini deyib.
O xatırladıb ki, ötən gün Rusiya baş nazirinin müavini Aleksey Overçuk və “Rusiya Dəmir Yolları” QSC-nin rəhbəri Oleq Belorezov İrəvana səfər etmişdi. Onlar Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanla danışıqlar aparıb.

“Biz üçtərəfli işçi qrupunun işinin ilk nəticələrini elan etməyə yaxınıq. Artıq razılıq əldə etmişik ki, dəmir yolunun hissələri keçdikləri ölkələrin qanunları əsasında fəaliyyət göstərəcək”, - Paşinyan bildirib. Onun sözlərinə görə, hazırda yolun layihələndirilməsi, tikintinin başlaması və maliyyələşdirilməsi məsələsi müzakirə olunur. “İrəliyə qaçmaq istəmirəm, amma bu dinamika davam etsə biz yaxın zamanlarda bu layihəni reallaşdıra biləcəyik”, - Paşinyan belə deyib. O əlavə edib ki, baş nazirin müşaviri Artaşes Tumanyanın başçılıq etdiyi mütəxəssislər qrupu artıq Arazdəyən və Mehridə olublar, gələcək tikinti meydançalarına nəzər salıblar.

Baş nazirin müavini Mqer Qriqoryan isə hökumətin iclasında məlumat verib ki, “Rusiya Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “Cənubi Qafaz Dəmir Yolları” şirkəti Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistan hissəsinin operatoru olacaq. “Biz operatorla sıx əlaqələr və əməkdaşlıq qurmalıyıq ki, yolun tikintisi başa çatandan dərhal sonra işə salınsın. “Rusiya Dəmir Yolları” bu sferada dünyada ən ciddi təşkilatlardan biridir”, - Qriqoryan deyib.
Xatırladaq ki, Ermənistanın dəmir yolları “Rusiya Dəmir Yolları” QSC-nin həmin törəmə şirkətinin mülkiyyətindədir. Bu baxımdan Zəngəzur dəmir yol dəhlizinin Ermənistandan keçən hissəsinin də bərpadan sonra Rusiya şirkətinin nəzarətinə verilməsi gözlənilən idi.

Azərbaycan tərəfi artıq Horadiz-Ağbənd dəmir yolunun bərpası işlərinə başlayıb və bir ildən artıqdır ki, bu layihədə işlər davam etdirilir. Bu günlərdə "Azərbaycan Dəmir Yolları" QSC açıqlayıb ki, sınaq qatarı ilk dəfə Cəbrayılın Mahmudlu stansiyasına çatıb./virtualaz.org
Dalidag.az



Yazı axını
02 / 09 / 2025
01 / 09 / 2025
31 / 08 / 2025
30 / 08 / 2025
29 / 08 / 2025
29 / 08 / 2025
28 / 08 / 2025
28 / 08 / 2025
25 / 08 / 2025
25 / 08 / 2025
22 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
20 / 08 / 2025
19 / 08 / 2025
19 / 08 / 2025
18 / 08 / 2025
Ən çox oxunanlar
02-09-2025 10:24
