Reklam
“Müharibə veteranı” adı və Prezident təqaüdünün təyinatına başlanıldı
01-02-2022 12:26
Dalidag.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ilkin olaraq Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən Nazirlər Kabineti ilə razılaşdırılmış siyahı əsasında bu qurumların 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövr ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçularına “Müharibə veteranı” adı verilib.
DSX üzrə iştirakçılar barədə məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edilib.
Nazirlik tərəfindən isə altsistemə barələrində məlumat daxil edilmiş həmin hərbi qulluqçulara 2022-ci ilin 1 yanvarından Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü (80 manat) təyin edilib.
Təqaüdlərin təyinatı hərbi qulluqçuların müraciəti olmadan, heç bir sənəd təqdim edilmədən, e-sistem üzərindən proaktiv qaydada aparılır. Təyin edildiyi tarixdən asılı olmayaraq təyinat tarixi 2022-ci ilin 1 yanvarından rəsmiləşdirilərək ödənilir.
Hazırda digər qurumlar (Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və s.) üzrə də qeyd olunan adın verilməsi və təqaüd təyinatının aparılması üçün aidiyyəti işlər aparılır.
Vətən müharibəsinin bütün iştirakçılarına “Müharibə veteranı” adının verilməsi və Prezidentin aylıq təqaüdünün təyinatı prosesi yaxın günlərdə tam yekunlaşacaq.
Müharibə veteranı kimi Prezidentin aylıq təqaüdü təyin edildiyi andan şəxsin adında olan telefon nömrəsinə bu barədə, habelə təqaüd kartını hansı bankdan əldə edəcəyinə dair SMS göndəriləcək.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 01-02-2022 12:26
Baxış sayı: 4257Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar





























