Reklam
Erməni ekspertdən TƏKLİF: “Ermənistanın baş naziri azərbaycanlı olsun” - VİDEO
15-01-2022 12:23
“Ermənistanda baş nazir kimi azərbaycanlı təyin edilsə, mən ancaq dəstəkləyərəm”.Dalidag.az bildirir ki, media.az-ın məlumatına görə, bunu milliyyətcə erməni olan ukraynalı siyasi ekspert Rüstəm Aloyan deyib.
“Bilirsiniz niyə mən bunu dəstəkləyirəm?! Ermənistanda iki rəhbər var: prezident və baş nazir. Əgər onlardan biri azərbaycanlı olarsa, bu, Azərbaycanla sülhə gətirib çıxarar”, - deyə o, fikrini izah edib.
Ermənistan xalqının bunu necə qəbul edəcəyi ilə bağlı suala isə Aloyan bildirib ki, onlar buna hazırlanmalıdır.
“Əgər mən Ermənistanın prezidenti olsaydım və Azərbaycan, həmçinin Türkiyə xalqları ilə sülhsevər, yaxşı münasibətlər qurmaq istəsəydim, erməni xalqına hörmət edən, Ermənistan iqtisadiyyatının və ölkələr arasında dostluq əlaqələrinin inkişafı üçün çalışmağa hazır olan azərbaycanlını baş nazir təyin edərdim”, - deyə Aloyan bildirib.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 15-01-2022 12:23
Baxış sayı: 4258Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17



























