Balakənin Katex kəndində yol kənarında bitən, yaşı min ildən artıq olan dağdağan ağacı bu gün də diqqət mərkəzindədir.
Dalidag.az xəbər verir ki, bu möcüzəvi ağacın kökü kəndin böyük ərazisindən keçir.
Fransız yazıçısı Alaksandr Düma da bu möhtəşəm ağaca biganə qalmayıb. O, bu ərazidən keçərkən ağacın yanında ayaq saxlayıb, yerli sakinlərlə tanış olub. 11 əsrə şahidlik edən bu maraqlı ağacı yüzilliklər boyu əhali inanc yeri kimi də ziyarət edib.
Bu gün həmin ağac sakinlər tərəfindən qorunmaqdadır. Yerli sakinlərlə yanaşı, bu ərazidən keçən əcnəbi turistlər də ağacı ziyarət etdikdən sonra yollarına davam edirlər. Turistlərin əsasən Almaniyadan, Kanadadan, Londondan və digər Avropa ölkələrindən gəldiyi bildirilir.
Ağacın dünyada ən böyük dağdağan ağacı olduğu hesab edilir və şimal-qərb bölgəsində yerli sakinlər 1100 ilin şahidi olan, adət-ənənələri və bəzi sirləri özündə ehtiva edən bu ağacı simvol hesab edirlər. Onların tək arzusu isə ağacı gələcək nəsillərə ötürməkdir.
Ətraflı süjeti təqdim edirik./baku tv
Reklam
Azərbaycanda 11 əsrin şahidi olan ağac - VİDEO
04-01-2022 11:31

Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 04-01-2022 11:31
Baxış sayı: 3352Yazı axını
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























