Reklam
DİN şəhid anasının iddialarına cavab verdi
20-12-2021 11:47
“Sosial Şəbəkələrdə Daşkəsən rayon sakini, şəhid anası Sevda Şıxıyevanın Daşkəsən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları barədə səsləndirdiyi fikirlər həqiqətə uyğun deyil”.
Dalidag.az xəbər verir ki, bunu oxu.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov deyib.
O bildirib ki, dekabr ayının 17-də Daşkəsən Rayon İcra Hakimiyyətinin Dəstəfur kənd icra nümayəndəsi Lalə Cəfərova DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək özünün və müavini Daşqın Cəfərovun döyülməsi barədə məlumat verib.
“Daha sonra Sevda Şıxıyeva sözügedən xidmətə müraciət edərək Daşqın Cəfərov adlı şəxsin sərxoş halda ona hücum etməsini və şəhid ailəsini təhqir etməsini bildirib. Hər iki tərəf daha sonra Daşkəsən RPŞ-yə ərizə ilə müraciət edib. Həmin videogörüntüdə polis əməkdaşları hadisə yerinə ictimai asayişi təmin etmək və tərəfləri sakitləşdirmək üçün gəlib və hər hansı bir qanunazid addım atılmayıb.
Onu da qeyd edim ki, hazırda tibbi ekspertiza təyin olunub, faktla bağlı Daşkəsən RPŞ-də araşdırmalar aparılır”.
Kateqoriya: Sosium
Tarix: 20-12-2021 11:47
Baxış sayı: 3432Yazı axını
08 / 09 / 2026
07 / 09 / 2026
07 / 09 / 2026
05 / 09 / 2026
04 / 09 / 2026
04 / 09 / 2026
03 / 09 / 2026
03 / 09 / 2026
03 / 09 / 2026
02 / 09 / 2026
01 / 09 / 2026
01 / 09 / 2026
01 / 09 / 2026
31 / 08 / 2026
31 / 08 / 2026
30 / 08 / 2026
30 / 08 / 2026
29 / 08 / 2026
28 / 08 / 2026
Ən çox oxunanlar




























