İlk mərhələ: korona vaksinini tapdıq - Gənc alimimiz

22-04-2020 15:29

ABŞ laboratoriyalarının əksəriyyətində bütün tədqiqatlar, demək olar ki, dayandırılıb və sadəcə, koronavirusla bağlı araşdırma aparılır.
Dalidag.az xəbər verir ki, bunu Çikaqo Universitetinin Molekulyar mühəndislik fakültəsinin azərbaycanlı doktorantı Aslan Mansurov report-a geniş müsahibəsində deyib. O bildirib ki, təmsil olunduğu elmi qrup koronavirusa qarşı peyvənd hazırlayır:
“Təmsil olunduğum elmi qrupun rəhbəri Cefri Hubel biomühəndislik və immunologiya sahəsi üzrə dünyanın ən aparıcı ekspertlərindən biridir. Hazırda təxminən 7-8 nəfərdən ibarət bir araşdırma qrupumuz var. Təcrübə, elmi biliklərimiz və beynəlxalq nəşrlərdə dərc olunan məqalələrimizi nəzərə alaraq bizi bir araya gətiriblər. Artıq üç ildir buradayam və laboratoriyanın ən təcrübəli işçilərindən biriyəm. ABŞ-ın Milli Səhiyyə İnstitutu koronavirusa qarşı istifadə ediləcək vaksinin hazırlanması üçün çox böyük vəsait xərcləyir. Hazırda bütün laboratoriyalar gücləndirlimiş iş rejmində işləyir və bir-biriləri ilə rəqabət aparırlar. Laboratoriyamızda koronavirus vaksininin hazırlanması istiqamətində işlər davam edir. Artıq ilk mərhələni keçmişik və gələn həftədən etibarən vaksini siçanlar üzərində sınaqdan keçirəcəyik. Hesab edirik ki, koronavirusa qarşı hazırladığımız vaksin bu infeksiyaya qarşı mübarizədə daha güclü bir vasitə olacaq”.
Gənc alim xərçəngə qarşı yeni immunopreparat hazıradıqlarını da qeyd edib:
“İmmunoterapiya xərçəng xəstələrinin immun sistemini gücləndirərək xərçəng hüceyrələrinə təsir edir. Xərçəng xəstəliyinin müalicəsində tətbiq olunan ənənəvi metodlar kimyaterapiya və şüalandırmadır. Həmin vasitələr birbaşa xərçəng hüceyrələrinə təsir edir, eyni zamanda orqanizmə ciddi zərər verir. Bizim yanaşmamız isə fərqlidir. Biz orqanizmin ağ qan hüceyrələrinə təsir göstərməklə onları xərçəngə qarşı aktivləşdiririk. Bu metod ənənəvi müalicədən daha üstündür və daha uğurlu nəticələrə gətirib çıxarır. Mənim barəmdə sosial şəbəkələrdə yayılan xəbərlərin altına onsuz da xərçəngin müalicəsinin tapıldığını yazırlar. Sadəcə, bunu gizlətməyə çalışırlar. Ancaq əminliklə bu fərziyyələrin yalan olduğunu demək istəyirəm. ABŞ ildə 50 milyard dollar yalnız xərçəng xəstəliyinin müalicəsinin tapılmasına ayırır”.

Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 22-04-2020 15:29
Baxış sayı: 4480
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024