Reklam

"Çiy su, limon, sarımsaq- gündə qəbul et və..."-Məşhur təbibdən məsləhət
11-04-2020 13:17

Biz düzgün qidalananda, hüceyrələri vitaminlərlə və digər vacib elementlərlə tam təmin edəndə - müdafiə ordusu güclü olur, mikrob hücumlarının qarşısını asanlıqla ala bilir. Biz qidalanma qaydalarını pozanda isə qida çürüyüb şlaka çevrilir. (şlak - mikrobların və bakteriyaların sevimli yemidir). Bu halda - hüceyrələr acından qırılır, mikroblar və bakteriyalar isə sürətlə artıb törəyir. Hüceyrələrin qırılması müdafiə xəttini (immun sistemini) zəiflədir, düşmən ordusu cəbhəni asanlıqla yara bilir. "Koronovirusun" ahıllar üçün təhlükəli olmasının əsas səbəbi - onlarda müdafiə xəttinin zəif olmasıdır.
Müdafiə xəttini gücləndirməyin yeganə düzgün yolu - qidalanma qaydalarına dəqiq əməl etməkdir. Yəni, menyuda əsas yeri çiy suya, çiy meyvələrə, çiy tərəvəzə vermək lazımdır. Yalnız bu nemətlər hüceyrələri vitaminlərlə və digər vacib elementlərlə təmin edə bilir.
Müdafiə prosesində bütün elementlər fəal iştirak edir. Lakin bu işdə C vitaminin rolu böyükdür. O, bədəndə patrul rolunu oynayır - qana soxulmaq istəyən mikrobları blokadaya alıb məhv edir, təcavüzün qarşısını alır.
Xoşbəxtlikdən, C vitaminl ilə zəngin olan nemətlər çoxdur - limon və digər subtropik meyvələr, itburnu, çaytikanı, ziriş, qarağat, moruq, böyürtkən, soğan, sarımsaq, kələm, xiyar, cəfəri, kərəviz və digər bitkilər çiy şəkildə yeyildikdə orqanizmi C vitamini ilə təmin edə bilir.
Sarımsaq həm də çürüntü törədən bakteriyaları öldürür. Çiy su - limon - sarımsaq üçlüyü orqanizmi hər cür müdaxilədən qorumağa qadirdi. Bu üçlüyü hər gün qəbul edən adam - "koronovirusun" qarşısına etibarlı sədd çəkmiş olur.
Allah xalqımıza dərin zəka və möhkəm iradə bəxş eləsin.
Ərşad Əzimzadə,
"Ana Təbiət" NGM-nin rəhbəri,
yazıçı-jurnalist.
Dalidag.az



Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
