Reklam
İnsan əti yeyənlər: Rokfeller ailəsinin üzvünü… - Qorxunc faktlar
11-04-2020 11:50
Dünyada hələ də müasir cəmiyyətlərdən uzaqda qədim və barbar ənənələrini davam etdirən insanlar var. Bura insan əti yeməkdən tutmuş, öz cinslərini qurban verməyə qədər bir çox qorxunc faktlar daxildir. Qəbilələr şəklində hərəkət edən bu insanlar dünyanın ən əlçatmaz nöqtələrində yaşayır və inanclarına görə hannibar ənənələrini yaşadırlar.
Dalidag.az insan əti yeyən qəbilələr haqda yazını təqdim edir.
Asmat qəbiləsi
Asmat xalqı Yeni Qvineya adasının cənubundakı kəndlərdə yaşayır, taxtadan oyma heykəlləri və vəhşi ritualları ilə məşhurdur. Qəbilə üzvlərinin 60 il əvvəl məşhur Rokfeller ailəsinin bir fərdini öldürüb yediyi iddia olunur. O zamanlar 23 yaşlı Maykl Rokfeller gəmisi dənizdə batdıqdan sonra sahilə çıxmaq məcburiyyətində qalmışdı. Sahilə çatanda isə mizraqla vuruldu və qanlı ritualda yeyildi.Yazıçı Karl Hoffman qəbilənin ov ritualları haqda yazır: "İnsanın kəsilmiş başından çıxardıqları beyni bir palma yarpağının üstünə boşaltdılar. Bir bıçaqla beyni tamamilə başın içindən qazıyıb götürdülər. Sonra bunları saqo bitkisinin yarpağı ilə qarışdırıb qızartdılar".
Aqxori rahibləri
Aqxori rahibləri dini ritualların bir hissəsi kimi insan əti yeyirlər. Rahiblər rituallarında istifadə etdikləri insan ətini Qanq çayına (Hindistan) buraxılmış cəsədlərdən əldə edirlər. Rituallar vaxtı mahnılar oxuyub, bununla Şivaya öz sədaqətlərini nümayiş etdirirlər. Aqxori rahibləri ilə bir müddət birlikdə yaşayan fotoqraf Tamara Merino qəbilənin təbiət, insanlar və heyvanlara sonsuz sevgi duyduğunu yazır.
Korovai qəbiləsi
Papuanın qərbində yaşayan Korovai xalqı cadugərliklə məşğuldur və insan əti yeyir. Qəbilə ilə ilk dəfə 1974-cü ildə əlaqə qurulub. Korovailər müasir dünyadan çox uzaqlarda, yağışlı meşələrdə öz barbar ənənələri ilə birlikdə yaşayırlar. Onlar sirli ölümlərə Kxaxua adlı şeytani varlıqların səbəb olduğuna inanırlar. Korovailər bu varlıqdan qorunmaq üçün qəddar rituallar həyata keçirirlər.
Santinel qəbiləsi
Santinel adasının şimalında yaşayan qəbilənin xarici dünya ilə heç bir əlaqəsi yoxdur, öz dillərində danışırlar və müasir texnologiya olmadan yaşayırlar. 2017-ci ildə bölgədə sənədli film hazırlayanlara mizraqlarla hücum etmişdilər. 2018-ci ildə isə amerikalı bir missioner qəbiləni xristianlığa çağırmaq üçün getdiyi adada öldürüldü. Bu olaydan əvvəl də, adaya gəlmək istəyənlər bu yollarla geri qaytarılıb.teleqraf.com
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 11-04-2020 11:50
Baxış sayı: 4696
Yazı axını
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02