“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi "Evdə qal, cəmiyyəti qoru" adlı növbəti aksiya keçirib -ŞƏKİLLƏR
09-04-2020 20:31
Ölkəmizin ictimai-mədəni həyatında xüsusi rolu ilə seçilən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən tədbirlərə, təbliğat-maarifləndirmə işlərinə dəstək məqsədilə növbəti aksiya keçirilib.Martın 27-dən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Real TV tərəfindən başladılan “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyası çərçivəsində keçirilən aksiyanın məqsədi vətəndaşların Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tövsiyələrinə və müəyyən etdiyi xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməsi işinə töhfə verməkdir.
Aksiya zamanı “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin fəalları İctimai Biriyin sədri Qənbər Qurbanovun tapşırığı ilə sosial qayğıya ehtiyacı olan 50-dən artıq aztəminatlı, şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının ailələri ilə görüş keçirib. İctimai Birlik özünün nizamnaməsinə uyğun olaraq yarandığı gündən həyata keçirdiyi xeyirxahlıq missiyasını bu həssas və taleyüklü günlərdə də davam etdirərək sosial müdafiəyə və qayğıya ehtiyacı olan 500-dən artıq ailəyə ərzaq yardımı göstərib, eyni zamanda onlara əslən Kəlbəcər rayonundan olan dərzi Nəzakət xanımın təşəbbüsü ilə özü hazırladığı tibbi maska paylanılıb.
Ölkə başçısı İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarını əsas götürən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi bundan sonra da koronavirusla mübarizə tədbirləri çərçivəsində öz fəaliyyətini davam etdirəcəkdir.
Kateqoriya: Sosium
Tarix: 09-04-2020 20:31
Baxış sayı: 3570Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)






























