DİQQƏT: İşsizlər 190 manat yardımı belə alacaq - RƏSMİ
09-04-2020 19:32
Azərbaycan vətəndaşlarına 190 manat məbləğində olan birdəfəlik müavinətlərin ödənişi bankomatlar vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.Dalidag.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Xidmətinin rəisi Mustafa Abbasbəyli deyib.
Onun sözlərinə görə, vətəndaşlar müavinətləri banklara yaxınlaşmadan, ATM-lərdə müxtəlif kodlar daxil etməklə ala biləcəklər: “Hazırda belə bir imkanın yaradılması istiqamətində banklarla işlər aparılır. Lakin ilkin mərhələdə biz bu imkanı yarada bilmirik. Belə ki, vətəndaşların istifadəsində olan mobil telefon nömrələrinin onların öz adlarına olub-olmadığından əmin deyilik. Ona görə birinci mərhələdə biz nəzərdə tuturuq ki, bu vəsaiti vətəndaşlar banklardan əldə etsinlər. İkinci mərhələdə isə biz yeni bir mexanizm tətbiq etmək istəyirik ki, burada vətəndaşlar e-sosial.az portalına daxil olaraq öz mobil nömrələrini təsdiq etsinlər. Biz əmin olduqdan sonra ki, mobil nömrə vətəndaşın adınadır, bankomat vasitəsi ilə ödənişlərin verilməsini təmin edəcəyik”.
Dövlət Məşğulluq Xidmətinin rəisi həmçinin əlavə edib ki, sabahdan etibarən birdəfəlik müavinətlərin verilməsi banklar və “Azərpoçt” vasitəsilə həyata keçiriləcək.
“Biz bir qədər sonra elan edəcəyik ki, neçə vətəndaşın ödənişi aparıldı. Sabahdan isə vətəndaşlara hansı banka yaxınlaşıb vəsaiti əldə edə biləcəkləri barədə SMS-lər göndəriləcək”, - deyə M. Abbasbəyli bildirib.apa
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 09-04-2020 19:32
Baxış sayı: 4715Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















