Reklam
“Aprelin 20-dən sonra Azərbaycanda daha sərt qərarlar verilə bilər”
08-04-2020 18:30
“Bu dinamika qalarsa, karantin rejimi daha da sərtləşdirilə bilər”.
Dalidag.az-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
O bildirib ki, nəinki aprelin 20-dən sonra karantin rejiminin yüngülləşdirilməsi, əksinə, sərtləşdirilməsi gözlənilir: “İnsanlar karantin rejiminə əməl etmir. Yoluxanlar və cərimələnənlər hər gün artır. Bu templə davam edərsə, aprelin 20-dən sonra ölkədə daha sərt qərarlar verilə bilər. Buna görə də vətəndaşlar karantin rejiminə əməl etməlidirlər.Dövlət üzərinə düşən hər şeyi edir. Kifayət qədər yüksək qiymətli testlər alınır. Müayinələrin sayı artırılır. Bu gün 63 nəfərin sağalması görülən tədbirlərin nəticəsidir.
Amma vətəndaşlar qaydalara əməl etmir. İcazə məsələsindən sui-istifadə edirlər. Bu qaydalara da yenidən baxıla, məhdudiyyətlər daha da sərtləşdirilə bilər!.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 08-04-2020 18:30
Baxış sayı: 3590Yazı axını
08 / 09 / 2026
07 / 09 / 2026
07 / 09 / 2026
05 / 09 / 2026
04 / 09 / 2026
04 / 09 / 2026
03 / 09 / 2026
03 / 09 / 2026
03 / 09 / 2026
02 / 09 / 2026
01 / 09 / 2026
01 / 09 / 2026
01 / 09 / 2026
31 / 08 / 2026
31 / 08 / 2026
30 / 08 / 2026
30 / 08 / 2026
29 / 08 / 2026
28 / 08 / 2026
Ən çox oxunanlar




























