Reklam
Bugünkü “ön cəbhə”nin fədakarları
06-04-2020 12:32
Ötən ilin sonlarında Çinin Uhan əyalətində viruslar ailəsinə aid daha bir bəlanın (COVID-19) peyda olması, ilk baxışdan bəlkə də diqqəti cəlb etmədi. Ona laqeyd yanaşmanın son aqibəti budur: dünya koronavirus pandemiyası ilə cihada başlayıb, yaşından, vəzifəsindən, milliyyətindən, hansı qitədə və ya materikdə yaşamasından asılı olmayaraq, son rəqəmlər hələ ki, ürəkaçan olmasa da... Lakin Çin artıq koronavirusdan xilas olmaq üzrədir, bu da ümumiyyətlə, pozitivliyə əsas verən ən ciddi arqument kimi mütəxəssislər tərəfindən birmənalı şəkildə qəbul olunur.
Son günlər Azərbaycanda da koronavirus (COVID-19) infeksiyasına yoluxma halları artıb. Aprelin 5-nə olan məlumata əsasən, ölkədə virusa yoluxma faktında ciddi artım olmasa da, dəyişikliklər var. Burada koronavirus infeksiyasına yoluxma hallarının artması səbəbləri ilə bağlı sosial şəbəkələrdə müəyyən mülahizələr irəli sürülür və suallar verilir. İnfeksiyaya yoluxmanın sayının məhz indi artmasının bir sıra səbəbləri olmamış deyil.
Bildiyimiz kimi, bu günlər həkimlərimizin fədakarlığına daha çox ehtiyac duyulur. Ölkədə hər kəs yaxşı bilir ki, həkimlərimizlə polislərimiz, eləcə də bir sıra digər ictimai təşkilatlar və dövlət orqanları bu pandemiyaya qarşı mübarizədə ön cəbhənin döyüşçülərinə çevriliblər.
Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Qaraciyər, öd kisəsi və mədəaltı vəzin cərrahlığı şöbəsinin baş elmi işçisi, tibb elmləri doktoru, professor Zərraf Şirinovla da söhbətimiz məhz bu məsələ ilə bağlıdır. Professor qeyd edir ki, ilkin dövrdə infeksiya faktları müəyyən olunanda Azərbaycan yalnız Dünya Səhiyyə Təşkilatından məhdud şəkildə testlər alırdı. Həmin dövrdə mövcud imkanlar çərçivəsində müayinələr aparılırdı. Ona görə də yoluxanların sayının az olması bununla bağlı idi. Sonrakı dövrdə ölkəmiz artıq özü kifayət qədər testlər almağa başladı. Əgər ilkin vaxtlar ölkədə gündə cəmi 200-300 test keçirilirdisə, indi müayinələrin sayı mindən çox olur. Bu gün ölkədə 35 mindən artıq test keçirilibsə, bu, artıq yoluxma hallarını müəyyənləşdirmək üçün imkanların artırılması deməkdir.
Azərbaycan yeni, ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar aldı. Mütəxəssislərin fikrincə, koronavirusun inkubasiya dövrü 14 gündür, lakin xəstəliyin üzə çıxması 28 günədək çəkə bilər. Bununla bağlı professorun da fikirləri maraqlıdır: "Təbii ki, xaricdən gələn və karantinə yerləşdirilən şəxslərlə bağlı bir neçə mərhələdə test aparılır. Son bir həftə ərzində keçirilən testlər xaricdən gələn çoxlu sayda insanda yoluxma faktını təsdiq edir. İlkin dövrdə infeksiya yalnız xaricdən gələn şəxslərdə aşkarlanırdı. İndi həm də ölkə daxilində insanların bir-birini yoluxdurması halları qeydə alınır”.
Həmsöhbətimin fikrincə, Avropada, xüsusən İtaliya və İspaniyada yoluxma halları və ölüm faktları artan xətt üzrə inkişaf edəndə bu qitənin bir çox ölkəsində "nisbi sakitlik” hökm sürürdü. Bu gün isə koronavirus Avropanın çoxlu sayda ölkəsində tüğyan edir: "Avropa ilə müqayisədə ABŞ-da yayılma və ölüm halları gec başladı, indi isə bu ölkə, az qala, koronavirus pandemiyasının əsarəti altındadır. Regionun və dünyanın təcrübəsi göstərir ki, infeksiyanın sürətlə yayılması və pik həddə doğru hərəkəti bir çox obyektiv və subyektiv amillərlə bağlıdır. Hər bir ölkə və region üçün bu hal spesifikdir.
Mən dövlətimizin tədbirlərini, əlbəttə, birmənalı şəkildə dəstəkləyirəm. Həkimlərimizin fədakar əməyini isə alqışlayıram. Evdə qalmaqla əhalimizi virus bəlasından qorumuş olarıq. Nə qədər az sayda insan xəstələnərsə, onun öhdəsindən gəlmək həkimlər üçün bir o qədər asan olacaq. Axı, ölkədə xəstəlik yalnız koronovirusla bağlı deyil. Bir sıra xəstəliklər də var ki, insanlar onun əzabını yaşamaqdadırlar, onlara da yardım göstərmək, müalicə edib sağaltmaq məhz həkimlərimizin üzərinə düşür. Xəstəlik kütləvi hal alarsa, işlər çətinləşər. Hər bir vətəndaşımız bunu dərindən dərk etməlidir. Lüzumsuz yerə küçə-bazara çıxmamalıdır. Tətbiq edilən karantin rejiminin qanunları və tələbləri hər birimizin sağlamlığı naminədir. Polislərimizi incitmək qanunu pozmaq deməkdir! Bunun da qanunla cəzası təyin edilib. Hər kəsi taleyinin ümidinə buraxmaq olmaz!
Koronavirus pandemiyası onu sübut etdi ki, sağlamlıq anlayışı nə qədər individual, yəni fərdi yanaşma ilə assosiasiya edilsə də, onun qorunması mütləq şəkildə ictimai olmalıdır. Bir nəfərin yoluxması və ya yoluxmaması artıq şəxsi seçimdən asılı deyil. Bu risk daşıyıcıları körpəyə də, ailə üzvlərinə də, qonum-qonşuya da, hətta küçədən keçən hər hansı bir nəfərə də eyni dərəcədə təsir göstərə bilir. Sağlamlıq sosial-kollektiv imperativdir (zərurətdir). Ümidvaram, yaxın gələcəkdə icbari tibbi sığorta Azərbaycanda bütün coğrafi xəritəni və hədəf qruplarını əhatə edəcək. Özünüzü qoruyun ki, özünüzünküləri də bu bəladan xilas edə biləsiniz!”
Məhəmməd NƏRİMANOĞLU
Dalidag.az

Kateqoriya: Sosium
Tarix: 06-04-2020 12:32
Baxış sayı: 4709
Yazı axını
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02