Reklam
Stalin “bakılı kral”ı niyə oğurlatdırmışdı? – Faktlar
05-04-2020 12:04
Ağa Musa Nağıyev Azərbaycanın məşhur milyonçularından biridir.
Dalidag.az Ağa Musa Nağıyevlə bağlı 11 faktı təqdim edir:
1. Sonralar məşhur milyonçuya çevrilən Musa Nağıyev saman satan kişinin övladı olub.
2. İbtidai təhsilini kənd mollaxanasında aldıqdan sonra 25 yaşınadək kənddə atasına kömək edib. 25 yaşına çatanda atası ölüb. Öləndə atasının 300 manat borcu qalıb. Ruhdan düşməyən Musa 200 manat da borc eləyib, özünə kiçik bir dükan açıb. Beləliklə cibində bir qəpik olmadan 500 manat borcla müstəqil fəaliyyətə başlayıb. İki ildən sonra borcunu qaytarıb və parça alveri ilə məşğul olub. 5 ildən sonra isə topladığı 2000 manat pulla əl ilə işləyən kiçik bir kerosin zavodu alıb. Daha sonra Balaxanıda neft təbəqələri dayazda yerləşən, quyu qazdırmaq nisbətən asan olan yerdə balaca sahə alıb. Bəzən özü də fəhlələrlə birlikdə işləyib. Həmin sahədə neftin fontan vurmasından sonra varlanıb.
3. Ağa Musa Nağıyevin ailə həyatı heç də uğurlu olmayıb. O, ilk həyat yoldaşı - Kərbəlayi Cəfərin qızı Ümməsəlmə xanımdan boşanıb və Yelizaveta Qriqoryevna adlı gürcü qadına evlənib.
4. Ümməsəlmə xanımdan olan İsmayıl adlı oğlu vərəm xəstəliyinə tutulub və ölüb. M.Nağıyevin İstiqlaliyyət küçəsində tikdirdiyi bina da İsmayılın xatirəsinə “İsmailiyyə” adlandırılıb.
5. Bakı Realni məktəbinin, indiki Ağa Musa Nağıyev xəstəxanasının, Bakı su kəmərinin, uşaq sığınacağının və başqa əhəmiyyətli tikililərin inşasında onun böyük rolu olub. Bundan başqa, 28 May küçəsindəki qoşa imarətlər, yenə həmin küçədə qırmızı kərpicdən tikilmiş əzəmətli bina, Nizami küçəsində Opera Teatrının yanındakı yaşayış evi, Azərbaycan prospektində köhnə Mərkəzi Poçt binası, Nigar Rəfibəyli küçəsindəki yaşayış binası, Səməd Vurğun küçəsində Qış klubu (indiki Zabitlər Evi), “Astoriya” və “Yeni Avropa” mehmanxanaları və sair bu kimi binalar Ağa Musa Nağıyevin maddi dəstəyi ilə tikilib.
6. Rus çarı II Nikolay Musa Nağıyevi “Neftin kralı” adlandırıb.
7. İosif Stalin gənc ikən milyonçu Musa Nağıyevi oğurlatdırıb və ondan 100 min tələb edib. M.Nağıyev isə “10 min verə bilərəm, amma məni öldürsəniz, heç bunu da ala bilməyəcəksiniz” deyib.
8. O, çoxlu xeyriyyə işləri görməsinə baxmayaraq, xəsis kimi tanınıb.
9. Ağa Musa Nağıyev bəhai məzhəbini qəbul etmiş, İsmailiyyə binasının əsas fasadında Şeyx Bəhanın qranitdən böyük bir heykəlini qoydurmuşdu.
10. Milyonçunun sağlığında 690 milyon rubl sərvəti olduğu bildirilir.
11. Deyilənə görə, M.Nağıyevin oğlu İsmayıl ağır durumda olanda həkimlər müalicənin İsveçrədə mümkün olduğunu deyiblər. Bunun üçün isə 50 min rubl tələb olunub. Milyonçu buna razı olmayıb. Sonradan İsmayılın vəziyyətinin daha da ağırlaşdığını görüb onu İsveçrəyə göndərsə də, həyatını xilas etmək mümkün olmayıb.kult.az
Dalidag.az

Kateqoriya: Sosium
Tarix: 05-04-2020 12:04
Baxış sayı: 4518
Yazı axını
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02