Reklam
Əlövsət Ağalarov:"Gəlin, yorğan-döşəkdə ölməyək, döyüş meydanlarında şəhid olaq..."
30-03-2020 10:29
Düz 27 il bundan əvvəl Kəlbəcər uğrunda necə mübarizə aparırdıqsa, bu günlər də həyat uğrunda elə mübarizə aparırıq. Onda torpağı qoruyarkən şəhid olmaq şərəf sayılırdı, indi isə sətəlcəmdən ölmək böyük ayıb hesab olunur. Bəlkə bütün imkanlarımızı, gücümüzü, birliyimizi bərpa edib 27 illik biabırçılığın, rüsvayçılığın əvəzini çıxaq. İnanın, tam səmimiyyətimlə deyirəm: bir işarə bəsdir ki, bütün millət koronovorusa-sətəlcəmə baxmayaraq birləşib torpaqlarımızı azad etsin! İndi Allah bəlkə də bəşəriyyətə verdiyi bəlayla bərabər bizə böyük şans verib. Bütün dünya dövlətlərinin başı bu bəladan necə qurtarmağa qarışıb. ATƏT də, "matət" də, BMT də, həmsədrlər də yaxına da gələ bilməyəcəklər. Əla fürsətdir, hörmətli Prezident, əziz və qüdrətli Azərbaycan Ordusu! Onsuz da ölüm adlı kabus çin virusu ( söz gəzir ki, amerikan laboratoriyalarında hazırlanıb-babalı deyənlərin boynuna) adı altında canımızı almağa girişib. Ölüm-ölümdür--gəlin sətəlcəmdən yazıq-yazıq yorğan-döşəkdə ölməyi yox, mərdi-mərdanə döyüş meydanlarında savaşıb ya şəhid olaq, ya da qalib! Ondan sonra Qələbə adlı immunitet hamımızı bu, bəşəriyyətin düşməni koronovirusdan qoruyacaq! Hamımız ordumuzla birlikdə döyüşə və Qələbəyə hazır olaq!
Əlövsət Ağalarov,Əməkdar jurnalist,
AJB və AYB-nin üzvüDalidag.az
Kateqoriya: Sosium
Tarix: 30-03-2020 10:29
Baxış sayı: 41 913Yazı axını
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar





























