Reklam

Dövlət Komitəsinin “Virtual qəbul otağı”nda ilk canlı yayım olub
19-03-2020 19:26

Dalidag.az-ın məlumatına görə dünən Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən qəbula yazılmış vətəndaşlarla növbəlilik əsasında görüntülü telefon əlaqəsi yaradıb, onların müraciətlərini dinləyib, suallarını cavablandırıb.
Bu gün isə komitənin rəsmi Facebook səhifəsində “Virtual qəbul otağı” layihəsinin icrasına başlanılıb. Belə ki, komitənin mətbuat orqanı – “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyevin moderatorluğu ilə komitənin Hüquq sektorunun müdiri Ziya Məmmədov saat 12:00-dan 13:00-dək və 15:00-dan 16:00-dək canlı yayımda vətəndaşların suallarını cavablandırıb. Virtual qəbulda komitənin müvafiq strukrturlarının nümayəndələri iştirak ediblər. Onlar 1657 telefon nömrəsi ilə komitənin “Qaynar xətti”nə zəng etmiş vətəndaşların müraciətlərini qeydə alıb, müvafiq qaydada yönləndiriblər.
İki seans ərzində 100-dən çox izləyici komitənin Facebook səhifəsinin rəy bölməsinə öz müraciətini və sualını yazıb. Bunların hamısı canlı yayımda səsləndirilib və cavablandırılıb. Müraciətləri araşdırma tələb edən izləyicilərə bildirilib ki, onlara araşdırmanın nəticəsi barədə mütləq qaydada məlumat veriləcəkdir.
“Virtual qəbul otağı”nın canlı yayımında izləyicilərə COVID-19 qlobal pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ qərargahın tövsiyə və tələbləri barədə məlumat verilib. Həmçinin bildirilib ki, Novruz bayramı ilə bağlı 9 qeyri-iş günündən sonra komitədə iş yenə də Operativ qərargahın tələblərinə uyğun davam etdiriləcəkdir.
“Virtual qəbul otağı”nda canlı yayımın getdiyi müddətdə, komitənin sədr müavini Sabir Əhmədovun videoqəbulu da keçirilib. Sədr müavini əvvəlcədən qəbula yazılmış 40-dan çox vətəndaşla görüntülü danışıb, onların müraciətlərini dinləyib, suallarını cavablandırıb.
Dalidag.az




Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
