Reklam
Rayonlardan Bakıya yalnız bu tarixdə gələ biləcəksiniz - RƏSMİ
19-03-2020 11:43
“Martın 19,20 və 21-də Bakı Beynəlxalq Avtovağzal Kompleksi adi iş qaydasında fəaliyyət göstərəcək”.
Dalidag.az xəbər verir ki, bu sözləri şəhərlərarası reyslərin fəaliyyəti barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib. Onun sözlərinə görə, regionlardan Bakıya daxilolma martın 28 və 29-da təmin ediləcək:
“Martın 19,20 və 21-də Bakı Beynəlxalq Avtovağzal Kompleksi adi iş qaydasında fəaliyyət göstərəcək. Həmin tarixlərdə qeydiyyat yerindən asılı olmayaraq, hər kəsin regionlara səfər etməsi mümkün olacaq. Ancaq regionlardan avtobusların Bakıya daxil olması martın 28 və 29-da təmin ediləcək. Bu zaman Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin işçi qrupu tərəfindən həmin sərnişinlərin şəxsiyyət vəsiqələri avtovağzallarda yoxlanılacaq. Qeydiyyat ünvanı Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonu olan sərnişinlər avtobuslarla Bakıya daşınacaq. Ortada qalan müddətdə isə əgər ehtiyac yaranarsa, reyslərin aktiv olunması məsələsi müzakirə olunacaq”.Qeyd edək ki, koronavirusla mübarizə tədbirləri üçün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayon qeydiyyatlı olmayan şəxslərin Bakıya girişi müvəqqəti qadağan edilib. Bu gündən etibarən paytaxtın bütün giriş-çıxış nöqtələrində postlar qurulub və hərəkət vəsiqələrin yoxlanılması ilə həyata keçirilir.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 19-03-2020 11:43
Baxış sayı: 3547Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















