Reklam
Ermənistan Qaragöl ətrafındakı postu Azərbaycana verir? - AÇIQLAMA
13-01-2026 16:49

Ermənistan əsgərləri Qaragöl yaxınlığındakı posta gedərkən Azərbaycan sərhəd məntəqəsinin düz yanından keçirlər.
Dalidag.aź-ın məlumatına görə, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan yanvarın 13-də jurnalistlərə açıqlamasında bildirib.
Nazir həmin yerdə Azərbaycan hərbçilərinin erməni əsgərləri saxlayıb yoxladığı barədə iddialarla razılaşmayıb. O, erməni əsgərlərin Azərbaycan sərhəd məntəqəsinin yaxınlığından keçdiyini təsdiqləyib, lakin onların yoxlandığını təkzib edib.
S.Papikyan deyib ki, iki seçim var: ya Ermənistan bu mövqedən həmişəlik çəkilməli, ya da erməni hərbçilər Azərbaycanın sərhəd məntəqəsinin yanından keçməyə davam etməlidir.
Nazirin sözlərinə görə, məsələ demarkasiya və delimitasiya komissiyalarının səlahiyyətlərinə aiddir:
“Bu qərarı tək mən verə bilmərəm. Əgər həmin mövqedən imtina əmri versəm, birmənalı şəkildə ərazini güzəştə getməkdə ittiham olunacağam", - deyə nazir bildirib.
Papaikyan deyib ki, Qaragöl ətrafındakı gərgin vəziyyət 2021-ci ilin may ayından hazırkı günədək davam edir.
Xatırladaq ki, Qaragölün ərazisi dəniz səviyyəsindən 2658 metr hündürlükdə Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Gorus rayonunun sərhədində yerləşir. Ərazi uzun illər Ermənistanın işğalı altında olub.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri 2021-ci il mayın 12-də Qaragöl istiqamətində dövlət sərhədini bərpa edib. O zaman rəsmi İrəvan dünyaya car çəkirdi ki, guya, Azərbaycanın Silahlı Qüvvələri sərhədi keçərək, bir neçə kilometr məsafədə Ermənistanın ərazisinə daxil olub.
Lakin bütün təxribatlara və təzyiqlərə məhəl qoymayan Azərbaycan Silahlı Qüvvələri Qaragöl ətrafından geri çəkilmədi, əksinə, ərazidəki mövqelərini möhkəmləndirdi.
Qeyd edək ki, Ermənistan hələ 1992-ci ildə Laçını işğal edəndən sonra sözügedən ərazidə dövlət sərhədini irəli çəkmişdi. Nəticədə Laçın ərazisindəki Qaragöl bölgəsini mənimsəmişdilər.
Laçın bölgəsini 2020-ci ilin noyabrınadək işğal altında saxlayan Ermənistan II Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etməsilə razılaşmırdı.
Azərbaycan Silahlı Qüvvələri Qaragöl ətrafını düşməndən geri alaraq, onları geri çəkilməyə məcbur edib. Ermənistan ordusu bir neçə dəfə ərazidə silahlı toqquşma yaratmağa cəhd göstərib.modern.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 13-01-2026 16:49
Baxış sayı: 315Yazı axını
14 / 01 / 2026
14 / 01 / 2026
13 / 01 / 2026
12 / 01 / 2026
11 / 01 / 2026
07 / 01 / 2026
07 / 01 / 2026
06 / 01 / 2026
06 / 01 / 2026
05 / 01 / 2026
04 / 01 / 2026
04 / 01 / 2026
03 / 01 / 2026
01 / 01 / 2026
31 / 12 / 2025
31 / 12 / 2025
28 / 12 / 2025
28 / 12 / 2025
27 / 12 / 2025
24 / 12 / 2025
24 / 12 / 2025
Ən çox oxunanlar





.jpg)





















