Reklam
Növbəti köç karvanı Sarıcalı və Ballıcaya çatdı
29-04-2025 14:08

Növbəti köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb, sakinlərə mənzillərin açarları təqdim edilib.
Dalidag.az xəbər verir ki, bu mərhələdə köçürülən 169 nəfərdən ibarət 39 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Bundan başqa, Xocalı rayonunun Ballıca kəndinə yola salınan növbəti köç karvanı artıq kəndə çatıb. Ballıcaya bu gün yola salınan köç karvanı 15 ailədən (68 nəfər) ibarətdir.
Bununla da Xocalı rayonunun Ballıca kəndinə 172 ailənin (811 nəfər) köçürülməsi təmin edilib.
Xatırladaq ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 29-04-2025 14:08
Baxış sayı: 3140Yazı axını
08 / 02 / 2026
07 / 02 / 2026
06 / 02 / 2026
06 / 02 / 2026
05 / 02 / 2026
05 / 02 / 2026
04 / 02 / 2026
03 / 02 / 2026
03 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
Ən çox oxunanlar
02-02-2026 17:30











.jpg)
















