Reklam
Xankəndidə forum: iştirakçıların Qarabağa səfəri başladı
08-04-2025 09:20

Azərbaycanın Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Yeni Dünya Nizamına Doğru” mövzusunda keçiriləcək 7-ci ADA Siyasi Forumunun iştirakçılarını gətirən xüsusi təyyarə Füzuli Hava limanına enib.
Dalidag.az xəbər verir ki, 44 ölkəni təmsil edən qonaqlar buradan Xankəndi şəhərinə yola düşüb.
Xatırladaq ki, forumun Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyevin moderatorluq edəcəyi birinci panelində “Geosiyasi dəyişikliklər və onların regional suverenliyə təsiri” mövzusu müzakirə ediləcək.
“Yeni dünya nizamı: İqtisadi transformasiya və rəqəmsal inqilabdan gözləntilər” mövzusundakı ikinci panelin moderatoru isə ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə olacaq.
Müzakirələrdə iqtisadi müstəqillik, texnologiyaların qlobal güc bölgüsünə təsiri və dayanıqlı inkişaf yanaşmaları da gündəmə gətiriləcək.
Qeyd edək ki, tədbir öz işini aprelin 9-da Bakıda davam etdirəcək.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 08-04-2025 09:20
Baxış sayı: 3315Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























