Reklam
Ermənistan müharibəyə belə hazırlaşır – Böyük PLAN
28-03-2025 13:00
Yanvarın 30-da Ermənistanın Yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan Hindistanın “Micron Instruments” şirkətinin direktoru və sahibi Vikram Sanqali və GTB holdinqinin prezidenti Qriqor Ter-Qazaryanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Dalidag.az publika.az-a istinadla xəbər verir ki, həmin görüşün detalları açıqlanıb. “Hraparak” yazır ki, görüşdə Ermənistanda yeni sənaye istehsalının yaradılması üçün investisiya imkanları müzakirə olunub.
Nəşrin əldə etdiyi məlumata görə, söhbət silah istehsalının yaradılmasından gedir. “Micron Instruments” NATO ölkələri üçün iriçaplı artilleriya istehsal edir və Ermənistandakı yeni zavod ABŞ-ın himayəsi altında fəaliyyət göstərəcək.
Bundan başqa, Qriqor Ter-Qazaryanın ABŞ səfiri ilə görüşü də məlum olub. Səfir Araratdakı “GTB Steel” zavodunda – erməni-amerikan investisiyaları əsasında yaradılmış metallurgiya zavodunda olub. Bu şirkət qabaqcıl texnologiyalardan və innovativ proseslərdən istifadə edir ki, bu da ABŞ-ın innovasiya və texnologiya sahəsində aparıcı rolunu təsdiqləyir. Mənbələrin məlumatına görə, martın 27-də Qriqor Ter-Qazaryan Ermənistan Müdafiə Nazirliyinə də baş çəkib. Şahidlər onun kortejini departamentin binası yaxınlığında görüblər.
Beləliklə, bəlli olur ki, Ermənistan hakimiyyəti Ter-Qazaryanın şirkətinə təkcə “Kaskad”ın tikintisini deyil, həm də NATO standartlarına cavab verən silahların istehsalını həvalə edib. Sual yaranır: Bu silahlar Ermənistana nə üçün lazımdır? Təbii ki, Azərbaycanla müharibə aparmaq üçün.
Artıq tam aydın olur ki, Ermənistanın “sülh müqaviləsi” imzalamaq istəyi saxtakarlığın təzahürüdür. İrəvan bununla sadəcə vaxt qazanır, yeni müharibəyə hazırlaşmaq üçün.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 28-03-2025 13:00
Baxış sayı: 397Yazı axını
17 / 11 / 2025
12 / 11 / 2025
12 / 11 / 2025
11 / 11 / 2025
09 / 11 / 2025
09 / 11 / 2025
08 / 11 / 2025
08 / 11 / 2025
08 / 11 / 2025
08 / 11 / 2025
08 / 11 / 2025
08 / 11 / 2025
07 / 11 / 2025
06 / 11 / 2025
06 / 11 / 2025
06 / 11 / 2025
04 / 11 / 2025
04 / 11 / 2025
04 / 11 / 2025
04 / 11 / 2025
03 / 11 / 2025
03 / 11 / 2025
01 / 11 / 2025
Ən çox oxunanlar
14-11-2025 17:34



























