Reklam
Ağdamda tikilən evlərin həyətyanı sahəsi açıqlandı
28-03-2025 10:38

Ağdamın Sarıcalı kəndində sakinlərə verilən evlərin həyətyanı sahəsi 12 sotdur.
Dalidag.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ötən gün Ağdamda buraya köçən sakinlərlə görüşündə bildirib.
Dövlət başçısı bildirib ki, Sarıcalı kəndinin, sadəcə olaraq, birinci mərhələsinin inşası başa çatıb:
“Burada hazırda 200-dən çox ev var. Amma ikinci mərhələ başa çatandan sonra təqribən evlərin sayı 400-ə çatacaq. Yaşamaq üçün bütün şərait var. Gözəl, yaraşıqlı evlər, elektrik, su, qaz, istilik, gözəl məktəb, uşaq bağçası, tibb məntəqəsi, idman meydançası, ictimai xidmət yerləri, hətta bazar kompleksi də var. Evlərin həyətyanı sahəsi də kifayət qədər böyükdür - 12 sot. Eyni zamanda, ətraf ərazilərə su veriləndən sonra o torpaqlarda da əkin-biçin işləri aparmaq mümkün olacaq. Sərsəng su anbarı və Suqovuşan su anbarı bu imkanı bizə yaradacaq. Sadəcə olaraq, vaxtilə inşa edilmiş kanallar bərpa edilməlidir. Bu istiqamətdə də iş gedir.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 28-03-2025 10:38
Baxış sayı: 3291Yazı axını
17 / 08 / 2026
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17



























