Reklam

Ballıcaya 27 ailə köçürüldü
13-12-2024 16:35

Dalidag.az xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarında, müvəqqəti məskunlaşma yerlərində yaşayan 27 ailə, ümumilikdə 152 nəfər Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində öz vətənlərinə köçürülüblər.
Xocalı sakinlərini Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov qarşılayıb.
E.Yusubov mənzillərin açarlarını ailələrə təqdim edərək, onlara doğma yurdlarında xoşbəxt və firavan həyat arzulayıb:
"Allah ayağınızı, nəfəsinizi bu torpaqdan əskik etməsin. Xocalı sakinləri, keçmiş məcburi köçkünlər nəhayət ki, 32 ildən sonra öz vətənlərinə qayıtmalarının sevincini yaşayırlar. Burda həyat yenidən canlanır. Yenidən bərpa edilən kənd su, qaz, elektrik enerjisi ilə təchiz olunub, internet xətti çəkilib. Tibb və polis məntəqələri binaları, 200 şagirdlik tam orta məktəb və 35 çarpayılıq uşaq bağçası da sakinlərin ixtiyarına verilir".
Qeyd edək ki, Xocalı rayonunun Ballıca kəndi şəhər mərkəzindən 10.6 km metr məsafədə yerləşir. Kənd Ballıca çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. Dağlıq ərazilər istisna olmaqla, iqlimi mülayim-istidir. Xatırladaq ki, kənd 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. 2023-cü ildə sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində Ballıca kəndi düşmən tapdağından azad olunub.
Dalidag.az



Yazı axını
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
