Reklam
Qarabağ həmişə Azərbaycanın olub - Simonyan
22-10-2024 11:50

Ermənistan parlamentinin sədri Alen Simonyan keçmiş Dağlıq Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu bəyan edib.
Dalidag.az xəbər verir ki, bu barədə o, Ermənistan parlamentində bildirib.
Qeyd edək ki, Alen Simonyan bir neçə gün əvvəl “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində bildirmişdi ki, Azərbaycan Qarabağda əməliyyatı BMT-nin ən azı 3-4 qətnaməsi çərçivəsində həyata keçirib.
Ermənistan parlamentinin bugünkü iclasında müxalif fraksiyadan olan deputat Geqam Manukyan müsahibəsində dediyi bu sözləri Simonyana irad tutaraq, “Siz bu tezisi hardan almısınız ki, Azərbaycanın "arsax"a (Qarabağ) hücum etmək hüququ vardı və BMT qətnamələri buna imkan verirdi” sualını ünvanlayıb.
Alen Simonyan bunun cavabında bildirib ki, hər sözdə hansısa məna axtarmaq, hər kəlməni müxtəlif cür yozmaq olar.
“Lakin fakt faktlığında qalır ki, bizim haqqında danışdığımız ərazi (Qarabağ - red.) Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub, indi də belədir”, - deyə erməni spiker vurğulayıb.apa
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 22-10-2024 11:50
Baxış sayı: 4347Yazı axını
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
Ən çox oxunanlar



























