Ağdamın Baş Qərvənd kəndində söküntü şaquli planlaşdırma işləri yekunlaşmaq üzrədir.
Dalidag.az bildirir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktorun müavini Səbuhi Abdullayev Xəzər İnşaat Həftəsində deyib.
O qeyd edib ki, Ağdamın ən böyük kəndlərindən biri olan Baş Qərvənd kəndində "Ağıllı kənd'' layihəsi icra ediləcək.
"Burada tətbiq ediləcək "ağıllı həllər" Slovakiyanın mütəxəssisləri və mühəndisləri tərəfindən reallaşdırılacaq. Layihə çərçivəsində ümumilikdə ərazisi 476 hektar olan kəndin tamamilə yenidən qurulması, "ağıllı kənd" kimi bərpası nəzərdə tutulur. Birinci fazada burada 275 hektar ərazidə 851 ədəd fərdi evin tikintisi planlaşdırılır.
Reklam
Ağdamda “Ağıllı kənd’’ layihəsi icra ediləcək
15-10-2024 21:41

"Ağıllı kənd''də tətbiq ediləcək yeniliklərdən söz açmaq istəyirəm. İlkin olaraq qeyd edim ki, burada ağıllı texnologiyalardan istifadə ediləcək.
Tullantıların utilizasiyası, yaşıl enerjidən istifadə və kanalizasiya təmizləmə qurğusu quraşdırılacaq. Bütün növ qənaətli texnologiyalar "Ağıllı kənd'' konsepsiyası çərçivəsində tətbiq ediləcək. Təbii materiallardan olan evlərin inşası, həmçinin, evlər üçün smart texnologiyaların istifadəsi də nəzərdə tutulur. Bütün bunlarla paralel alternativ enerji ilə çalışan daha müasir bəzi innovativ texnologiyaların da gələcəkdə tətbiq edilməsi nəzərdən keçirilə bilər.
Misal üçün günəş enerjisi ilə çalışanistilik nasoslarının tətbiqi, elektormobillər üçün elektrikdoldurma məntəqələri, günəş kollektorları, günəş əsaslı avtomobil parkı və sair", - deyə o əlavə edib.
Kateqoriya: Qarabağ
Tarix: 15-10-2024 21:41
Baxış sayı: 3134Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















