Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.
“Qərbi Azərbaycanda abidələrin tikilmə tarixi qəsdən saxtalaşdırılıb” adlı buraxılışda AMEA Tarix və Etnologiya İnstitutunun elmi işçisi Faiq İsmayılov Qərbi Azərbaycanda memarlıq abidələrindən, erməni vandalizmindən, xristianlığa qədərki və dini mahiyyət daşıyan abidələrin memarlıq xüsusiyyətlərindən, həmçinin ermənilərin Cənubi Qafqaz ərazisində tikdiyi ilk abidədən söz açıb.
Onun sözlərinə görə, ermənilər xristianlığa qədər tikilən abidələri öz kilsələri kimi təqdim edirlər: “Qərbi Azərbaycan abidələri xalqımıza aid motivlərlə tikilib. Abidələrin üzərindəki elementlər ermənilərə yad olduğu üçün, onları aradan qaldırdılar. Ermənilər Qərbi Azərbaycanda xeyli sayda karvansara dağıdıblar. Qərbi Azərbaycanda abidələrin tikilmə tarixi qəsdən saxtalaşdırılıb”.
O deyib ki, Meğridəki Baba Hacı abidəsi qədim türk inancı və dini mərasimi ilə bağlıdır: “Qərbi Azərbaycanda xristian və islam abidələri Azərbaycan memarlığı üslubunda tikilib. 1924-cü ildə ermənilər İrəvanı yenidən tikmək adı ilə türk izini siliblər. Alban-türk memarlığında türklərə məxsus elementlər üstünlük təşkil edir. Ermənilər 50 dünya əhəmiyyətli Azərbaycan abidəsini saxtalaşdırıblar. Onlar mağaranı da erməni kilsəsi kimi təqdim ediblər və abidələrin üzərində olan Azərbaycan üslubunu yox etmək üçün partlayışlar təşkil ediblər. Yüzlərlə xristian abidəsini dağıdıblar”.
F. İsmayılov sonda vurğulayıb ki, ermənilərin Qafqazda ilk tikdiyi abidə Bakıda 1869-cu ildə inşa olunan kilsədir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Reklam
Ermənilərin Qafqazda ilk abidəsi bu tikili imiş - VİDEO
13-10-2024 15:01
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 13-10-2024 15:01
Baxış sayı: 358
Yazı axını
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02