Reklam
Ötərxan Eltac “Səbrin intiqam”ını yazdı
06-10-2024 20:51
Şair-publisit Ötərxan Eltacın “Səbrin intiqam”ı adlı yeni kitabı işıq üzü görüb
Dalidag.az xəbər verir ki, kitabda Birinci Vətən müharibəsində və İkinci Vətən müharibəsində qorxmazlığı və cəsarəti ilə qəhrəmanlıq dastanı yazan, şərəfli hərb tariximizə öz adını qanı ilə həkk edən müzəffər ordumuzun yenilməz əsgəri – qazi Elsevər Hüseynovun amansız döyüşləri öz əksini tapıb. Vətən sevgisi və qisas hissi ilə alovlanan Elsevər döyüş meydanında saysız-hesabsız ağır texnikaların yararlı və yarasız halda ələ keçirilməsində, iri çaplı silahların qənimət olaraq ələ keçirilməsində, sursat maşınlarının, eləcə də sursat anbarlarının sıradan çıxarılmasında əvəzsiz xidmətlər göstərib. Bütün bunlar nəzərə alınaraq Elsevərin döyüş yoluna işıq tutuldu. Çünki o, ibrət və örnək oğullardan biridir.
Müvəffəqiyyət, uğur, qələbə, nailiyyət və zəfər yenilməz oğulların gücün- dən, qüdrətindən doğar. Qüdrətli oğulların yalnız yumruğu deyil, kəlməsi də diktə edər. Qeyrəti qalxan, ədaləti gürz, hökmü ox olan qəhrəmanın yurduna yağı göz di- kə bilməz. Dəmir yumruqdan zireh geyən diziqatlanmaz, qolubükülməz azman oğulların qüdrəti İkinci Vətən müharibəsində - cəmi 44 gün ərzində kimliyini bir daha isbatladı. Beləcə, adı dilləri dolaşan qeyrət mücəssiməsi Elsevərin el sevgisi bayatılaşdı, dastanlaşdı, yaddaşlarda heykəlləşdi.
İnanırıq ki, əlinizdə tutduğunuz bu kitab Elsevər kimi dastan yazan oğulla- rın yoluna işıq tutan bir çıraq olacaq. Çırağınız sönməsin heç vaxt.
Dalidag.az

Kateqoriya: Qarabağ
Tarix: 06-10-2024 20:51
Baxış sayı: 493
Yazı axını
22 / 01 / 2025
20 / 01 / 2025
19 / 01 / 2025
19 / 01 / 2025
19 / 01 / 2025
17 / 01 / 2025
16 / 01 / 2025
15 / 01 / 2025
14 / 01 / 2025
14 / 01 / 2025
13 / 01 / 2025
12 / 01 / 2025
12 / 01 / 2025
11 / 01 / 2025
11 / 01 / 2025
10 / 01 / 2025
09 / 01 / 2025
09 / 01 / 2025
08 / 01 / 2025
07 / 01 / 2025
07 / 01 / 2025
Ən çox oxunanlar