Reklam
Laçında heyvan otaran şəxs minaya düşdü
03-08-2024 17:42

Laçın sakini Sarıbaba adlı yüksəkliyin otlaq sahəsində heyvan otararkən piyada əleyhinə minaya düşüb.
Dalidag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayıb.
Bildirilib ki, işğaldan azad edilmiş Laçın rayonunun Kalafalıq kəndi ərazisində 2024-cü il 3 avqust tarixində mina hadisəsi baş verib. Laçın rayonunun Vağazin kənd sakini 1960-cı il təvəllüdlü Süleymanov Əli Zeynalabdin oğlu həmin rayonun Kalafalıq kəndi ərazisində Sarıbaba adlı yüksəkliyin otlaq sahəsində heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.
Qeyd olunub ki, hadisə nəticəsində Süleymanov Əli sol ayağından xəsarət alıb. Faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.
"ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!", - məlumatda vurğulanıb.
Kateqoriya: Qarabağ / Sosium
Tarix: 03-08-2024 17:42
Baxış sayı: 4275Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























