Reklam
Gələn il Laçın Beynəlxalq Hava Limanı istismara veriləcək
06-07-2024 16:19

Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək.
Dalidag.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı çıxışı zamanı qeyd edib ki, Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir:
"Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək".
Kateqoriya: Qarabağ
Tarix: 06-07-2024 16:19
Baxış sayı: 3374Yazı axını
25 / 11 / 2026
24 / 11 / 2026
23 / 11 / 2026
23 / 11 / 2026
22 / 11 / 2026
21 / 11 / 2026
20 / 11 / 2026
20 / 11 / 2026
19 / 11 / 2026
18 / 11 / 2026
17 / 11 / 2026
17 / 11 / 2026
15 / 11 / 2026
15 / 11 / 2026
15 / 11 / 2026
14 / 11 / 2026
14 / 11 / 2026
12 / 11 / 2026
12 / 11 / 2026
12 / 11 / 2026
11 / 11 / 2026
Ən çox oxunanlar
26-11-2026 13:10




























