Reklam
Qarabağda 2 əhəng daşı yatağı hərraca çıxarılır
03-06-2024 18:39

Yer təkinin istifadəyə verilməsi üzrə Şərqi Zəngəzur coğrafi-iqtisadi rayonunda ilk dəfə hərrac təşkil olunacaq.
Dalidag.az xəbər verir ki, bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən məlumat verilib.
Bildirilib ki, hərrac iyunun 12-də Zəngilan rayonunun Ağalı kəndində olacaq. Laçın rayonundakı “Əhmədli” və Qubadlının “Hacılı” əhəng daşı yataqları hərraca çıxarılacaq. Dağ-mədən fəaliyyətilə məşğul olan və hərraca qatılmaq istəyən fiziki və hüquqi şəxslər Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Bakı KOB evindəki (Ziya Bünyadov prospekti, 38c) pəncərəsinə müraciət etməlidirlər.
Qeyd olunub ki, sənədlərin qəbulu iyunun 5-də başa çatır.
Kateqoriya: Qarabağ
Tarix: 03-06-2024 18:39
Baxış sayı: 3277Yazı axını
17 / 08 / 2026
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17



























