Növbəti köç karvanı Füzuli şəhərinə çatdı

29-03-2024 13:55

Martın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.
Dalidag.az xəbər verir ki, yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.
Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası
 Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 138 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 666 ailə, 2517 nəfərin daimi məskunlaşması təmin edilib.









Kateqoriya: Qarabağ
Tarix: 29-03-2024 13:55
Baxış sayı: 4183
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını