Bu il həm də Xocalı və Xankəndiyə məcburi köçkünlər köçürüləcək.
Dalidag.az-ın xəbərinə görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən apa-nın sorğusuna cavab olaraq bildirib ki, 2024-cü ildə Xocalı şəhəri və rayonun Malıbəyli kəndinə, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə həmin yerlərdən məcburi köçkün düşmüş şəxslərin köçürülməsi nəzərdə tutulub.
Hazırda Dövlət Komitəsinin aidiyyəti struktur bölməsi tərəfindən 2024-cü ildə köçürülməsi nəzərdə tutulan məcburi köçkün ailələri, eləcə də adıçəkilən ərazilərdə qeydiyyatda olan məcburi köçkünlərin sorğusu keçirilir.
Qeyd edilib ki, doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün zəruri tədbirlər görülür, əhali arasında məlumatlandırma, təbliğat işləri aparılır, köçürülmənin texniki-təşkilati məsələləri həll olunur.
Xocalı şəhəri və rayonun Malıbəyli kəndinə, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə həmin yerlərdə qeydiyyatda olan məcburi köçkünlər işğaldan əvvəl yaşadıqları və işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında aparılan təmir-bərpa işləri nəticəsində tamamilə yenilənmiş, eyni zamanda yenidən inşa edilən bütün zəruri yaşayış şəraitinin yaradıldığı evlərdə məskunlaşacaqlar.
Yenidən inşa edilən mənzillərə köçürülmə ilə bağlı siyahı ilk növbədə qəzalı və ağır şəraitdə, yataqxana, sanatoriya, yarımçıq tikililər kimi müxtəlif müvəqqəti məskunlaşma obyektlərində yaşayan ailələr arasından seçilir və onların yerləşdirilməsində obyektivlik və şəffaflıq püşkatma yolu ilə təmin edilir.
Reklam
Xocalı və Xankəndiyə məcburi köçkünlərin köçürülmə qaydası açıqlandı
21-03-2024 12:28
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 21-03-2024 12:28
Baxış sayı: 3113
Yazı axını
22 / 01 / 2025
20 / 01 / 2025
19 / 01 / 2025
19 / 01 / 2025
19 / 01 / 2025
17 / 01 / 2025
16 / 01 / 2025
15 / 01 / 2025
14 / 01 / 2025
14 / 01 / 2025
13 / 01 / 2025
12 / 01 / 2025
12 / 01 / 2025
11 / 01 / 2025
11 / 01 / 2025
10 / 01 / 2025
09 / 01 / 2025
09 / 01 / 2025
08 / 01 / 2025
07 / 01 / 2025
07 / 01 / 2025
Ən çox oxunanlar