Reklam
Ermənistanda saxlanılan əsgərimizlə bağlı Qızıl Xaç Komitəsindən açıqlama
29-02-2024 20:16

Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.
Xidməti vəzifəsini yerinə yetirərkən hava şəraiti səbəbindən azan hərbçimizin Ermənistanda hansı şəraitdə saxlanılması ilə bağlı hələ ki məlumatlar yoxdur.
Maraqlıdır, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Ermənistanda saxlanılan əsgərimiz Ruslan Pənahova baş çəkəcəklərmi?
Qurumun mətbuat katibi İlahə Hüseynova Bizim.Media-nın sorğusunu belə cavablandırıb:
"Biz məsələ barədə məlumatlıyıq və aidiyyəti qurumlarla ikitərəfli konfidensial dialoq aparırıq. Mandatına uyğun olaraq Beynəlxalq Qızıl Xaç Komitəsi saxlanılan şəxslərə rəftar və saxlanma şəraitini monitorinq etmək və onların ailələri ilə əlaqə saxlamalarına dəstək olmaq üçün onlara baş çəkir”.
Qeyd edək ki, hərbçi Ruslan Pənahov barəsində Ermənistan İstintaq Komitəsi təxribata cəhd, qanunsuz silah-sursat saxlama və digər maddələr ilə cinayət işi açıb. Verilən məlumata görə, Ruslan Pənahov müstəntiqin qərarı ilə həbs olunub. Hazırda işin detalları aydınlaşdırılır.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 29-02-2024 20:16
Baxış sayı: 4175Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















