Reklam
Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
22-02-2024 14:09
Bu günədək işğaldan azad edilmiş ərazilərdə bərpa edilən və yenidən qurulan beş yaşayış məntəqəsi üzrə 1360 məcburi köçkün ailəsinin (5354 nəfər) daimi məskunlaşması təmin edilib. Laçın rayonunun Zabux kəndi də onlardan biridir. Kənddə bütün zəruri texniki-sosial infrastruktur qurulub, sakinlərin rahat yaşayışı üçün işlər görülüb. Zabuxun 797 sakini (207 ailə) doğma yurdda yaşayır, onun dirçəlməsinə və gələcək inkişafına töhfə verirlər. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində Zabux sakinlərinin iştirakı ilə növbəti videoçarx hazırlanıb. 30 il həsrətində olduqları doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. Dövlət Komitəsi Zabuxda daimi məskunlaşmış sakinlərin yaşayışına həsr olunmuş videoçarxı təqdim edir. https://www.youtube.com/watch?v=Gen4r8cFfxk
Kateqoriya: Qarabağ
Tarix: 22-02-2024 14:09
Baxış sayı: 4200Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















