Reklam
Anklavlarla bağlı məsələ həllini tapdı, artıq Qazaxda...
14-01-2024 12:28

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən anklavlarla və bitişik bölgələlə bağlı məsələ həllini tapdı.
Dalidag.az xəbər verir ki, bunu teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Onun sözlərinə görə, Azərbaycanın mövqeyi birmənalı şəkildə tam aydın diqqətə çatdırıldı:
"Xüsusilə də Prezident İlham Əliyev bitişik ərazilərin heç bir danışıq mövzusu olmadığını, anklavların isə müzakirə olunacağını söylədi. Burda da Prezidentin əsas arqumenti o budur ki, anklavlar həm də onların təhlükəsizlik baxımından müəyyən yolun çəkilməsi və mühafizə olunması problemini də gündəmə gətirir. Bunu təmin etmək hər iki tərəf üçün ciddi problemlərdə yarada bilir. Böyük qoruma mexanizmlərinin müəyyən olunması da problemləri ortaya çıxarır. Anklavlar məsələsində bu cür mövqe danışıqların mövzusu üçün də müəyyən yer saxlamış oldu. Digər məsələlərdə yenə də mövqe aydın oldu ki, bir başa Azərbaycanla Ermənistan arasında danışıqların olması daha zəruridir. Yol məsələsində də Prezidentin fikirləri tam aydın göstərildi ki, heç bir halda Azərbaycan əlavə yolun açılması üzərində düşünmək niyətində deyil. Zəngəzur dəhlizinin alternativi yoxdur. Belə mövqe Ermənistan tərəfindən qəbul olunarsa, sülhün yaxında olduğunu söyləmək olar. Hələ ki, buna isti yanaşma yoxdur. Amma pozitiv açıqlamalar var. Bütövlükdə köklü şəkildə bu problemin həlli istiqamətində yanaşma müşahidə olunmur. Bu da hələ ki, ümidləri bir az sonraya ertələmək üçün əsas verir".
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 14-01-2024 12:28
Baxış sayı: 3212Yazı axını
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























