Reklam
Ordumuz 8 kənddən dördünü belə azad edəcək: Digərləri isə... - Polkovnik açıqladı
11-01-2024 19:18

Dalidag.az xəbər verir ki, bunu teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
“Bu, Ermənistana verilən mesajdır. Çünki qarşı tərəf prosesi bundan sonra da uzadacağı təqdirdə müəyyən çətinliklərlə üzləşə bilər. Prezident İlham Əliyevin də xatırlatdığı Fərrux, Sarıbaba və digər əməliyyatlar onlara ötürülən növbəti siqnal idi. Azərbaycan Ermənistanın prosesə əks davranışlarına adekvat olaraq güc amilindən istifadə edə biləcəyini də gizlətmir”, - deyə o qeyd edib.
Polkovnik hesab edir ki, Ermənistan tərəfindən gündəmə gətirilən sərhəd xəttindən qoşunların güzgü prinsipi ilə geri çəkilməsi məsələsi məntiqsizdir:“Torpaqlarımız işğal altında olduğu dövrdə də, ermənilər kəskin atıcıların, yəni snayperlərin ön xəttdən geri çəkilməsini təklif edirdi. İndi isə snayperlər deyil, qoşunların geri çəkilməsindən danışılır”.
Üzeyir cəfərova görə, əslində Ermənistan tərəfi də bilir ki, bu reallaşlması mümkün olmayan məsələdir:
“Zəngilandan və yaxud Naxçıvan istiqamətindən Azərbaycan qoşunlarını necə geri çəkə bilər? Görünən odur ki, qarşı tərəfdə güzgü prinsipini doğru-düzgün başa düşən mütəxəssisləri yoxdur. Sülh müqaviləsi imzalanırsa, etimad mühiti yaranırsa, qoşunların geri çəkilməsinə də ehtiyac qalmır.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 11-01-2024 19:18
Baxış sayı: 4149Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















