Ağdərə rayonunun yaradılmasına görə dövlət büdcəsinə dəyişiklik edilir.
Dalidag.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zaman maliyyə naziri Samir Şərifov deyib.
O qeyd edib ki, Azərbaycanda yeni rayon yaradılıb, Prezident İlham Əliyev tərəfindən bir sıra fərmanlar qəbul edilib.
"Bununla bağlı dövlət büdcəsinə bəzi düzəlişlərin edilməsinə ehtiyac yaranıb. Bu xərclər dövlət büdcəsinin xərcləri çərçivəsində baş verə bilər. Ağdərə rayonunun təsis edilməsi ilə bağlı qanun layihəsinə rayonun adının daxil edilməsinə ehtiyac yaranıb", - deyə nazir əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində nəzərdə tutulur.
Reklam
Ağdərə rayonunun yaradılmasına görə dövlət büdcəsinə dəyişiklik edilir
01-12-2023 12:23

Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 01-12-2023 12:23
Baxış sayı: 4241Yazı axını
17 / 08 / 2026
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17



























