Reklam
Xankəndi paradı şanlı Zəfərimizin pik nöqtəsidir
11-11-2023 10:16
Vidadi Murtuzayev
Hüquqşünas
Xalqımız tarixin bütün dövrlərində böyük uğurlara, tarixi nailiyyətlərə imza atmağı bacaran istedadlı və fədakar xalqdır. Bu xalqın tərcümeyi-halı möhtəşəm tarixi hadisələrlə olduqca zəngindir.
Yaşı sivilizasiyanın yaşı ilə ölçülən xalqımız həmişə həyatın və cəmiyyətin bütün sahələrini mükəmməl şəkildə inkişaf etdirərək bəşətiyyətin intibahına mühüm töhfələr vermişdir. Elm, təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat, siyasət, hərb və digər sahələrdəmisilsiz işlər görmüş Azərbaycan xalqının şan-şöhrəti bütün dünyanı hər zaman valeh etmişdir. Bu baxımdan Azərbaycan tarixinin ən yeni mərhələsi, xüsusən də son 30 ili xüsusi məna və mahiyyət daşıyır. Belə ki, bu mərhələ xalqımızın taleyində silinməz iz buraxmış və sonrakı tariximiz üçün vacib əsaslar formalaşdırmışdır. Müstəqil Azərbaycanın əlamətdar hadisələrlə dolu olan son 30 illik tarixini müxtəlif istiqamətlərdən təhlil etsək, aydın şəkildə görə bilərik ki, bu 30 il həm bugünümüz, həm də gələcəyimiz üçün mühüm əhəmiyyət kəsb edir. Bu 30 ildə Azərbaycan xalqı çox çətin, ziddiyyətli və keşməkeşli yollardan keçmişdir. Biz bu 30 ildə bir millət, bir ölkə olaraq həm itirdik, həm qazandıq, həm kədərləndik, həm sevindik, həm udduq, həm uduzduq, həm yıxdıq, həm yıxıldıq. Lakin heç vaxt inamımızı, ümidimizi, qürurumuzu, insanlığımızı və imanımızı itirmədik, əksinə, şərəf və ləyaqətimizlə, vicdan və qeyrətimizlə, namus və ismətimizlə, mədəni və mənəvi dəyərlərimizlə bütün dünyaya gözəl nümunə, yaxşı bir örnək olduq. Son 30 il Qarabağsız və Qarabağlı tarixdir, bütün müqəddəs torpaqlarımıza böyük qayıdış tarixidir, mənfur düşməni məğlub etdiyimiz tarixdir, Ölkəmiz Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev kimi qüdrətli və dahi bir liderin müqəddəs zirvələr fəth etdiyi şanlı və şərəfli bir tarixdir. Zəfər bayramı sadəcə Vətən müharibəsinin rəmzi deyil, bütövlükdə 1920-ci idən başlayan 2020-ci ilin noyabrın 9-a qədər Azərbaycanın müstəqilliyinin bərpa etmək uğrunda apardığı mücadilənin qələbəsidir. Yüzillik qələbənin paradının Xankəndidə keçrilməsi möhtəşəm bir hadisədir.
Bu gün Azərbaycan öz müstəqilliyini tam təmin edib. Bundan sonra Azərbaycanın qarşısında duran əsas vəzifə dünya ilə əməkdaşlığı genişləndirməkdir. Həmçinin əsas vəzifəmiz xalqın rifah halını yüksəltməkdir. Sülha və sabitliyin təmin olunması üçün bütün region ölkələri müştərək işləməlidir. Ancaq reallıq onu göstərir ki, Ermənistan sülhə hazır deyil. Ölkəmiz ərazi bütövlüyünü, milli suverenliyini bərpa etmiş qalib bir dövlətdir. Dövlətimizin möhtəşəm bayrağı işğaldan azad edilmiş qədim yaşayış yerlərimizin uca səmalarında dalğalanır. Şuşada, Xankəndində və digər torpaqlarımızda rəşadətli Azərbaycan ordusunun zəfər paradları keçirilir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev qədim Qarabağdan bütün dünyaya sülh və səadət diləyir. Müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin bizə əmanət etdiyi azad, müstəqil, demokratik, hüquqi, dünyəvi və suveren Azərbaycan Respublikası, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında bu gün bütün dünyaya işıq, nur saçır.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 11-11-2023 10:16
Baxış sayı: 4273
Yazı axını
25 / 12 / 2024
25 / 12 / 2024
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
Ən çox oxunanlar