Otuz illik işğalı sonlandıran 44 günlük müharibənin Zəfər günü

06-11-2023 13:01

Mirvari İdris qızı Verdiyeva
ADPU-nun Azərbaycan coğrafiyası və

CTM kafedrasının dosenti, fəlsəfə doktoru


29 mart 1993-cü il gecə saat 2-də körpələrimlə qarlı-şaxtalı bir gecədə cənnətməkan Kəlbəcərimizi qoyub, Murov dağlarını aşanda:-“Biz dönüb o yurda qayıdacağıq, Dağlar cığır salsın, duman gözləsin!” demişdim. Qələbə gününə qədər məcburi köçkün həyatı yaşayanda da, xalqımızın iradəsinə, Azərbaycanın Ulu öndəri Heydər Əliyevin müəyyən etdiyi inkişaf yoluna, dövlətimizin Ali Baş Komandanı İlham Əliyevin müdrik xarici siyasıtinə, ordumuzun yenilməzliyinə və igidlərimizin döyüş ruhuna inandığıma görə ümidlə yaşayırdım...

Elə ki, 2016-cı il aprel ayının 2-də televiziya kanallarında Lələ dağda Azərbaycan bayrağının dalğalandığını gördüm, qəlbimdəki ümid qığılcımları birdən-birə şölələnməyə başladı, alova çevrilib qaçqınlığın ağrı-acısını yandırıb külə döndərdi, bir anda sevinclə əvəz etdi,  torpaq həsrətli ürəyim köksümə sığışmadı. Könül sazım ağılarını unudub, şirin nəğmə oxumağa başladı...
Azadlığın mübarəkdir,
Gözlərin aydın Lələ dağ!
Neçə əsir yurdumuz var,
Yol gözləyir hələ, dağ!...

Günlər ayları, aylar illəri əvəz elədi... Bir gün qəlbimizi göynədən acı xəbər bütün Azərbaycana səs salıb silkələdı. O gün erməni-rus birləşmələri 12 iyul 2020-ci il tarixində Tovuz rayonuna hücumu başladı. İyulun 13-ə keçən gecə general-mayor Polad Həşimov (hərbi təhsilini Türkiyədə almışdı, Aprel döyüşlərində medal almışdı), polkovnik İlqar Mirzəyev, mayor Anar Novruzov, mayor Namiq Əhmədov, gizir Yaşar Babayev, gizir İlqar Zeynallı və əsgər Elçin Mustafazadə şəhid oldu. Şəhid xəbəri ürəyimizi dağlasa da, qanımızı coşdurdu, bütün xalq döyüş ruhuna kökləndi. Ali rütbəli hərbçilərimizin şəhid olması Azərbaycan xalqının Ali Baş Komandanımız İlham Əliyevinin ətrafında sıx birləşdirdi və dövlət başçısının verəcəyi bütün qərarların icrasına başlamağa səfərbər etmiş oldu. Belə vaxtda Türkiyə və Azərbaycan liderləri birgə “Tur-Az qartalı” adlı birgə hərbi təlimlər keçirməyə qərar verdi. Bu qərar Rusiyanın Şimali Qafqaza 150 min canlı qüvvə və hərbi texnika yığaraq hərbi təlimlərə başlamasına və Azərbaycana təhdidlər yağdırmasına qarşı adekvat tədbir oldu. 27 iyul 2020-ci ildə Türk ordusu 11 min əsgəri qüvvə və hərbi texnikası ilə Naxçıvana daxil oldu. Onların Naxçıvana gəlişi 1918-ci ildə Nuru paşanın komandanlığı altında Türk ordusunun Bakıya daxil olmasını andırırdı... Naxçıvanda, Bakıda, Yevlaxda, Gəncədə və Kürdəmirdə birgə hərbi təlimlər başladı. Türk ordusunun ayaq səsləri dünyaya ün salaraq sanki:
Azərbaycan, göz yaşını silməyə,
Qarabağın qədərini bölməyə,
Lazım gəlsə, candan keçib ölməyə,
Yetişdim qoçum, yetişdim!
-deyirdi. Hərbi təlimlərdə qoşa dalğalanan aylı-ulduzlu bayraqlar:- Yurduma arxa gəlibdi, Torpaqdan yağı çəkilsin!-deyə, hayqırırdı. Təlimlərdə iştirak edən F-16 təyyarələri, artilleriya, zirehli hərbi texnika, müasir silahlar və onları idarə edən cəsur döyüşçülər
 düşmənə göz dağı verdikcə, şəhid yaralı ürəklərimiz qürur hissi keçirirdi.
Hələ 17 avqust 2019-ci ildə Rusiyanın Alabino poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının son günündə “Tank biatlonu” müsabiqəsinin final mərhələsində Azərbaycan tankçılarının 24 ölkə tankçıları arasında IV yerə çıxması bir daha xalqı əmin etmişdi ki,
 belə  tankistlərlə düşmənə qalib gəlmək mümkündür.

20 sentyabr 2020-ci ildə Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının iclasında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev çıxış ilə bütün dünyanı, xüsusilə də müsəlman aləmini ittiham etdi. Ali Baş Komandan öz çıxışında Ermənistanın Qarabağın işğalı zamanı törətdikləri vəhşiliklərini, hal-hazırda dövlət sərhəddini pozaraq Tovuza hücumlarını, Beynəlxalq neft-qaz kəmərlərinin təhlükə altında qalmasını, şəhidlərimizin olmasını, işğal zönasında məscidləri donuz tövləsinə çevirdiklərini diqqətə çatdırdı. Birbaşa BMT-nin tribunasından müsəlman ölkələrinə səsləndi: -Məscidləri donuz tövləsi edən ermənilərə müsəlman ölkələri necə yardım edə bilər? Siz necə möminsiz? Qurana belə hörmət edərlərmi?-deyə, İslam dövlətlərinə ittihamlar səsləndirdi. Çıxışında Ermənistanın Qarabağa müxtəlif xarici ölkələrdən terrorçuları, muzdlu döyüşçüləri gətirdiyini bildirdi.
27 sentyabr 2020-ci il tarixindən start götürən ikinci Qarabağ müharibəsi 10 noyabr 2022-ci ildə Ermənistanın kapitulyasiya aktını imzalamasına qədərki vaxt cəmi 44 gün çəkdi. Bu 44 günlük müharibə anbaan yaddaşımıza şərəfli günlər kimi həkk olub qaldı. Azərbaycan xalqının 44 günlük şərəfli döyüş tarixi bütün dünyaya müharibənin aparılma mədəniyyətini göstərdi və dünya tarixinə qızıl həriflərlə yazılmış oldu. İkinci Qarabağ müharibəsinin gedişi bir neçə istiqamətddə yaddaşımıza və dünyanın hərb tarixinə həkk olub qaldı:  
1. 27 sentyabr 2020-ci il Qarabağ müharibəsinin “əsaslı dönüş günü” kimi Dünya tarixinə yazıldı və bu müharibə bütün ölkələrin hərbi ekspertləri tərəfindən analiz edilməyindədir. O gün Prezidentin köməkçisi Hikmət Hacıyev müharibə ilə bağlı dünyaya bəyanat verdi:-Səhər saat 6.00 da Azərbaycan ordusuna əks-hücum əmri verildi. Bəyanatın ardınca Azərbaycan Pespublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət etdi... Müharibə dövründə Azərbaycan xalqı dinindən, etnik tərkibindən, sosial statusundan və yaşından asılı olmayaraq hər kəs ölkə Prezidentinin ətrafında yumruq kimi sıx birləşməyi bacardı. Azərbaycan Xarici İşlər Naziri Bəyanat yaydı.  İlham Əliyevin sədirliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. Prezidentin Konstitusiyanın 149-cu maddəsinin 29 və 111 bəndinə əsasən verdiyi  Fərmanı Milli Məclis
 Fövqəladə iclas çağıraraq qəbul etdi. Fərmana əsasən Azərbaycanın Bakı, Gəncə, Göygöl, Bərdə, Yevlax, Mingəçevir, Cəbrayıl, Füzuli, Ağdam və s. rayonlarda axşam saat 21.00-dan səhər saat 06.00-a qədər komendant saatı elan edildi. Mətbuat Şurası KİV-lərə müraciət edərək, xəbərləri
 yayarkən diqqətli olmağı və yalnız rəsmi məlumatlara əsaslanmalarına göstəriş verdi. Azərbaycanda 50 siyasi partiya (AXC və Müsavat partiyaları bu bəyanata qoşulmadı) birgə bəyanat verərək ölkə rəhbərinin ətrafında birləşdiklərini bildirdilər. Milli Məclis bütün beynəlxalq təşkilatlara müraciət etdi. Konstitusiya Məhkəməsi dünyanın bütün Konstitusiya Məhkəmələrinə müraciət etdi. Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyində xüsusi rəhbər heyətlə və hissə komandirləri ilə birgə müşavirə keçirdi. Həmin gün saat 14.00-da Müdafiə Nazirliyinin verdiyi bəyanatı xalqımız 27 il idi ki, həsrətlə gözləyirdi:- Füzulinin Horadiz, Qaraxanbəyli, Qərvənd, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı, Nüzgər  kəndi azad olub və Ağdərə-Murovdağ istiqamətində erməni səngərləri vurularaq postları və strateji yüksəkliklər ələ keçirilib. Göyçə- Ağdərə yolu, dronlarla Kəlbəcərin Zod mədənləri vurulub və vertalyotlarla desant tökülərək, Tərtərçayın sağ yamacı nəzarətə götürülüb. Kamikadze dronları vasitəsi ilə ermənilərin 12 “Osa” zenit-raket kompleksi məhv edilib və Qarabağ hava məkanı ordumuz üçün açıq səmaya çevrilib. Diasporlarla iş üzrə Dövlət Komitəsi xarici ölkələrdəki diaspor nümayəndələrinə rəsmi və dəqiq olmayan məlumatları yaymamaları üçün müraciət etdi. 28 sentyabr 2020-ci ildə Ali Baş Komandan İlham Əliyev Konstitusiyasının 132-ci maddəsinə əsasən qismən səfərbərlik elan etdi, əsgər, matros, miçman, çavuş, gizir 35 yaşlılar və yüksək rütbəli şəxslər isə 50 yaşdan yuxarı orduya çağrıldı.
Azərbaycan xalqının arzuladığı gün gəlib çatmışdı. Səfərbərlik idarələrinin qarşısında cəbhəyə getmək istəyənlərin böyük növbələri yarandı. Bacım oğlanları Vüsal, Rəşid, qardaşım oğlu Murad və oğlanlarım Aqşinlə Şaiq Kəlbəcər Səfərbərlik İdarəsinə tələsdilər. Prezidentin Sərəncamı ilə Bakı, Sumqayıt, Goranboy, Tovuz, Şəmkir, Daşkəsən, Qazax, Ağstafa, Gədəbəy, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Ağcabədi, Füzuli, Cəbrayıl, Abşeron rayonlarında axşam saat 21.00-dan səhər saat 06.00-a qədər komendant saatı elan edildi və DİN Vilayət Quliyev Hərbi komendant təyin edildi. 500-dən çox polis əməkdaşları cəbhə bölgələrinə ezam olundu. Azərbaycanın xaricdə olan 147 diaspora təşkilatları Qarabağ müharibəsi ilə bağlı bəyanat verdi. Azərbaycan Respublikasının Baş Purokuroru hərbçilərimizin Tovuzda şəhid olması və balliastik raket zərbəsi
 nəticəsində Naftalanın Qaşaltı kəndində mülkü əhalinin yaralanması barədə müraciət qəbul etdi və instintaq işi başladı. “Azərişıq” xüsusi qərargah yaradaraq cəbhə bölgələrində elektriki təmin etmək üçün  generatorlarla təchizata başladı. XİN-yi Azərbaycanda olan səfirlərlə birifing keçirərək, müharibə ilə bağlı məlumat verdi. Azərbaycanda əhali magistral yolların kənarındakı dükanlarda: -“Əsgər payı” adlı vitrin quraşdırıb, cəbhəyə gedən əsgərləri suya, meyvəyə və siqaretə pulsuz qonaq etməyə başladılar. Evdar qadınlar ön cəbhədə döyüşən ordunu ərzaqla təmin etmək üçün müxtəlif xörək və şirniyyat bişirərək könüllülərdən ibarət kişilərin vasitəsi ilə əsgərlərə göndərməyə başladılar. Könüllü gənclərdən ibarət dəstələrin köməyi ilə qarlı dağlarda döyüşənləri isti paltar və yatacaqla təmin etmək üçün ailələr və mağazalar səfərbər oldu. Arxa cəbhə və Ön cəbhə birləşərək “dəmir yumruğa” dönüb düşmənin başına ağır zərbələr endirməyə başladı...
2. Azərbaycan Pespublikasının prezidenti İlham Əliyev yeni Fərmanlar, Sərəncamlar, Qərarlar qəbul etdi:-“ Azərbaycanda Fövqəladə vəziyyət elan edilməsi haqqında”, “Qismən səfərbərlik haqqında” Fərmanları, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında”, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılması ilə bağlı, “Hikmət Mirzəyevə ali hərbi rütbənin verilməsi haqqında”
 Sərəncamları, “İşğal altından çıxarılmış-azad olunmuş ərazilərdə keçici özəl idarəetmə orqanının yaradılması haqqında”, “İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti komendantlığın tərkibində “Əməliyyat qərərgahı”nın yaradılması haqqında” Qərarları qəbul etdi...
3. Azərbaycan Ali Baş Komandanı 7 oktyabr 2020-ci ildən başlayaraq xarici ölkə tele- kanallarının və mətbuat agentliyinin jurnalistlərinə müsahibələr verdi:- Türkiyənin “CNN-Türk”, “Haber qlobal”, “A Haber”, “Haber türk”, “NTV”, İngiltərənin “BBC News”, Rusiyanın “RBK”,
 “Pervıy kanal”, “İnterfaks” agentliyinə, “RBK”,  Fransanın “Euronews“, ”Franse 24”,  İtaliyanın “Ria-1”, Qətərin “Əl-Cəzirə” televiziya kanallarına, Fransanın “Fiqaro” qəzetinə onlayn müsahibə verdi. Almaniyanın “ARD TV” müsahibə zamanı jurnalistin:-Qarabağ sizin üçün niyə bu qədər əhəmiyyətlidir?-sualına:-Lotaringiya niyə sizin üçün önəmlidir?-deyə, cavab verdi. ABŞ-nin “Fox News” TV-yə müsahibə zamanı aparıcı olduqca aqressivlik göstərir, bəzən prezidentin sözünü kəsirdi:-Siz prezident postunu atanızdan almısız. Buna necə baxırsız?-İlham Əliyev təmkinlə, tutarlı cavablarla, ABŞ-dan misallar çəkməklə cavab verdi:-Sizin ölkənizdə Ata Buş prezident postunu oğul Buşa verməyinə necə baxırsız?-deyə, suala sualla cavab verdi. Yaponiyanın “Nikkei” qəzetinin müxbirinin:-Dağlıq Qarabağı geri qaytarandan sonra Siz Madrid prinsiplərində qeyd olunduğu kimi, onların öz müqəddəratını təyinetmə hüququna hörmət edəcəksinizmi və referenduma razılıq
 verəcəksinizmi?- sualına Prezident kəskin cavab verdi:-Dağlıq Qarabağda heç bir referendum olmayacaq!...
4. Gəncəyə, Tərtərə, Mingəçevirə, Qəbələyə, Bakıya, Xızıya, Naftalana, Bərdəyə, Ağcabədiyə və s. ərazilərə Ermənistan ballistik raketlərlə zərbələr endirdi. Mülkü və dövlət obyektləri dağıdıldı, mülkü əhali arasında şəhidlər və yaralananlar oldu. Mülki əhali hadisələrin gedişini yüksək
təmkinlik göstərməklə qarşıladı. Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələrinin cəsurluğu və peşəkarlığı nəticəsində çoxlu sayda ballistik raketlər havadaca zərərsizləşdirildi. Azərbaycan Prezidentin köməkçisi, Prezident Administ-rasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev Türkiyə və Rusiyada akkreditə olunmuş dünyanın aparıcı xarici KİV nümayəndələrinə (BBC, “Nikkei”, DPA, “Deutsche Welle”, “Al Arabia”, RAI, EFE, “Reuters”, “Financial Times”, ANSA, “Al Jazeera”, NBC, “New York Times”, NRK və s.) videoformatda mətbuat brifinqi keçirdi. Sonra Hikmət Hacıyevin, Baş Prokuror Kamran Əliyevin, Elçin Əmirullayevin rəhbərliyi altında Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, səfirlər, hərbi attaşelər, Beynəlxalq Təşkilatın nümayəndələri Gəncəyə, Bərdəyə, Mingəçevirə gedərək hadisə yerinə baxış keçirdilər. (ABŞ-ın səfirliyindən heç kəs getmədi, Rusiya səfirliyi Hərbi attaşe köməkçisini, Fransa səfiri isə hərbi attaşenin müavinini
göndərdi).
5. İllərlə qisas anını gözləyən cəsur döyüşçülərimizin döyüş və asudə anlarının videolarını çəkib paylaşmaları yaddaqalan xatirələrə çevrildi... Topçu Vüsalın atəşdən sonra qürurla dayanması, Daşaltıdan qayalarla dırmaşaraq Şuşanı tapança, bıçaqla azad edən xüsusi təyinatlılarımızın döyüş səhnələri videolentlərin və Azərbaycan xalqının yaddaşında qisas günü kimi xoş xatirəyə çevrilib qaldı:
Xüsusi təyinatım var...
Mənim üçün sərhəd yoxdur.
Yurdum qanla suvarılıb,
Soracaq hesabım çoxdur.
Qəlblərə qorxu salmışam,
Adım düşmən üçün oxdu!
Əzrayılam sizin üçün,
Ölüm təbilin çalıram.
Qisasa-qisas alıram!...

Vuruşmanın arasında asudə vaxt tapan kimi igidlərimizin şirin mahnılar oxuması, əyləncəli-gülməli uşaq kimi oynamaqları, yumor hissi ilə komedik səhnəciklər təşkil etmələri, ən əsası da müharibənin dəhşətləri içərisində nikbin əhval-ruhiyyəyə köklənmələri xalqımızı da nikbin ruha
kökləyərək, gələcək xoşbəxt həyata inanmağımız üçün ümid bəxş edirdilər...Səxavətin şirin avazla ifa etdiyi “Xarı bülbül”ü, Xudayarın “təsnifı” dillərdə dastan oldu. “Çalışın Şuşanı çox dağıtmayın!”-deyən, Azərbaycan prezidenti İlham Əliyevin xüsusi təyinatlılara verdiyi tövsiyyə bir
ölkə rəhbərinin xalqının tarixinə verdiyi dəyərin, sevginin təzahhürü kimi yadda qaldı. Müdafiə Sənayesi Nazirliyi “İti qovan” adını verdiyi PUA-nı ictimaiyyətə təqdim etdiyi anlar sevincli xoş xatirəyə çevrildi...

6. Azərabycanın müstəqilliyini ilkin olaraq tanıyan Türkiyə və Pakistan müharibə dövründə də ölkəmizin etibarlı silahdaşına çevrildi. Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğanın tez-tez Rusiya prezidenti V.Putinlə telefonla danışması, Pakistanın Baş Naziri İmran Xanın Rusiyanın
prezidenti V.Putina:-Qarışmayın!-deyə, ultimatum verməsi dostluğun bariz nümunəsi idi. Gürcüstan öz ərazisindən Ermənistana silahların daşınmasına icazə verməməklə, dostluq nümayiş etdirdi. İranın Ermənistana göndərdiyi hərbi maşın karvanının qarşısını kəsərək yandırmaqla, Güney Azərbaycanlıları həmrəylik göstərdi. Təbriz əhalisi Azərbaycan ordusunun Qarabağda keçirdiyi hərbi əməliyyatlara dəstək məqsədi iləküçələrə axışdı:-“Biz ölməyə hazırıq, aqibətdən razıyıq!”, “Ya Qarabağ, ya ölüm!”, “Qarabağ bizimdir, bizim olacaq!”-şüarları səsləndirdilər. İsrayıl müntəzəm olaraq Azərbaycanla hərbi əməkdaşlıq nümayiş etdirdi. Mərakeş, Avstraliya İttifaqı, ABŞ-ın bir sıra ştatları, Əfqanıstanın Aşağı və Yuxarı Palatası, Böyük Britaniya, Moldova, Ukrayna ölkələri Azərbaycanın sərhəd toxunulmazlığını və ərazi bütövlüyünü tanıdıqlarını bəyan etdilər. İran, Rusiya Ermənistanı pulsuz silahlandırmaqda davam etdilər. Fransa, ABŞ-ın yüksək dairələrindən Azərbaycana təzyiqlər başladı. Müharibədə dost və düşmən ölkələr tanındı...  

7. 4 oktyabr 2020-ci ildən başlayaraq Azərbaycan ordusu işğaldan azad etdiyi şəhər və kəndlərə dövlət bayraqlarının asılma anlarını videolentə köçürüb Ali Baş Komandan İlham Əliyevə məruzə etdikləri xalqımızın görmək istədiyi ən dəyərli anlar, ən qürurverici zamanlar və ən sevindirici xəbərlərdən oldu:
Komandanım! Burası Kəlbəcərdi,
Özü Cənnətmisal, torpağı zərdi,
Yurda dönmək kişilikdi, hünərdi,
Silmişik ürəkdən kədəri, dağı.
Dalğalanır Azərbaycan bayrağı!...


8. 3 oktyabr 2020-ci ildən başlayaraq Ali Baş Komandanın və Mehriban xanımın Tvitter səhifələrində azad olunmuş ərazilər haqqındakı məlumatları oxumağı həsrətlə gözləməyə başladıq. Xüsusən də İlham Əliyevin televiziya ilə azad olunmuş ərazilərin və düşməndən götürülmüş
qənimətlərin siyahısını şəxsən bəyan edərək, oxumağı ən möhtəşəm anlar oldu. Azad olunmuş ərazilərə İlham Əliyevlə Mehriban xanımın səfərləri qələbəyə və yurda dönəcəyimizə inamımızı birə-beş artırdı, Xidafərin körpüsündən görüntülər isə möhtəşəmliyi ilə yadda qaldı. Xudafərin
körpüsündə Azərbaycan bayrağının dalğalanması, Güney Azərbaycanda yaşayan milyonlarla soydaşlarımıza azadlıq üçün motivasiya vermiş oldu:
Komandanım! Bu da pir Xudafərin,
O taylı qardaşlar deyir:-Afərin!
Sizə sevgimiz var dərindən-dərin,
Araz çayın xoş keçəcək növrağı.
Dalğalanır Azərbaycan bayrağı!...


9. 10 noyabr 2020-ci ildə televiziya kanallarında canlı yayımla Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev və Rusiyanın prezidenti V.Putin 3 tərəfli 10 bənddən ibarət təslim aktının imzalandığını bəyan etdilər. Onlayn imzalama zamanı İlham Əliyev xalqa müraciət etdi və
Ermənistanın məğlubiyyəti qəbul etdiyini, kapitulyasiya aktını imzalamağa məcbur edildiyini bildirdi. Sonra Bəyannamənin bəndlərini bir-bir oxudu ki, xalqa məlum olsun ölkənin Prezidenti nəyə imza edir. İlham Əliyevin ardınca V.Putin bir neçə kəlmə deyib, sənədi imzaladı. Lakin bəyan
etdilər ki, Ermənistanın Baş Naziri N.Paşinyan onlayn imza etməkdən imtina edib. Təslim Aktının imzalanması və televiziya ilə mərasimin dünyaya göstərilməsi Azərbaycanın qələbəsinin, ordusunun yenilməzliyinin, Prezidentinin daxili və xarici siyasətinin düzgün aparılmasının təzahürü kimi yaddaşlarda qaldı. 44 günlük müharibədə Azərbaycan Respublikası itkilərini açıqladı:-2783 nəfər şəhid olub (103 nəfərin DNK-sı araşdırılır ki, kimliyi müəyyən edilsin), 100 nəfərdən çox itkinimiz,  1245 nəfər yaralımız var.

10. Bakının Azadlıq meydanı tikildiyi gündən bu günə qədər hələ belə möhtəşəm parada ev sahibliyi etməmişdi. Bütün dünyanın gözü Azadlıq meydanına dikilmişdi... Bakıda Azadlıq meydanında 10 dekabr 2020-ci ildə hərbi Zəfər Parad başaldı. Türkiyənin Baş Naziri R.T.Ərdoğanla Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin tribunada qoşa dayanması düşmənlərə göz dağına çevrildi. İlk dəfə olaraq Azərbaycanın xüsusi təyinatlıları paradda qürurla, mətin addımlarla yürüdülər. Döyüşdə fərqlənən qoşun növlərinin bayraqları meydana xüsusi gözəllik bəxş etdi. 2763 şəhidimizin əvəzinə, Bakının küçələrində addımları ilə dünyaya səs salan və  paradda qürurla yeriyən 2763 türk əsgərini Bakı əhalisi sevgi və sevinclə seyr etdilər. Ermənilərdən qənimət götürülmüş hərbi texnikaların, vurulmuş hərbi texnikaların nişanlarından ibarət “Qarabağ Azərbaycandır!” yazılmış lövhənin paradda nümayişi müharibənin qələbəsinin kulminasiya nöqtəsinə çevrildi. Bu hərbi texnika nişanları Rusiyanın Ermənistana pulsuz hədiyyə etdiyi hərbi texnikanın süqutunun nişanəsi idi və Rusiya kimi bir imperiyaya göz dağı oldu. Paraddan sonra Bakıda yaradılmış “Hərbi Qənimətlər Parkı” İmperiyanı süquta uğratmış oldu. Azərbaycan xalqı Hərbi Zəfər Paradı və Hərbi Qənimətlər Parkı ilə torpaqlarının işağal altında qalması ilə barışmayacağını, döyüşməyə qadir olduğunu, qələbə çalmaq əzminin yüksəkliyini dünyaya, işğalçılara, imperialist qüvvələrə və ermənilərin havadarlarına sübut etdi. Azərbaycanın ikinci Qarabağ müharibəsi dünyanın hərb tarixinin səhifələrinə qızıl hərflərlə yazılmış oldu...

Dalidag.az


Kateqoriya: Qarabağ
Tarix: 06-11-2023 13:01
Baxış sayı: 3299
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını