Reklam
Ermənilər Qarabağa qayıda bilər? - Şahramanyan
29-10-2023 11:22
Növbəti addımımız aşağıdakılardan ibarət olmalıdır: biz Qarabağdan çıxan sakinlərin qayıdışı ilə bağlı məsələləri həll etməliyik.
Dalidag.az xəbər verir ki, bu sözləri Qarabağdakı keçmiş qondarma qurumun keçmiş “prezidenti” Samvel Şahramanyan deyib.
“Bu, bizim gündəliyimizdəki məsələlərdən biridir və biz müzakirələrə başlamalıyıq, bu problemin həlli yollarını axtarmalıyıq”, - Şahramanyan bildirib.
Şahramanyan “hansı statusla qayıtmaqdan söhbət gedir” sualına bu cür cavab verib:
“Bu, müzakirə, danışıqlar məsələsidir. Əhalinin qayıtmasında müxtəlif siyasi mərkəzlər maraqlıdır - avropalı, amerikalı, rus. Mənə elə gəlir ki, Azərbaycan da bunda maraqlıdır. Çünki beynəlxalq ictimaiyyətdən onların əhalimizin məcburi köçkünlüyünə töhfə verməsi ilə bağlı ittihamlar var”.
Özünün geri qayıdıb-qayıtmayacağı ilə bağlı isə Şahramanyan bildirib:
“Mənim Qarabağın statusunun necə olması barədə öz fikirlərim var ki, həm mən, həm də ailəm qayıda bilsin. Qayıtmağım barədə danışmaq hələ tezdir, çünki qarşıda bizi çox iş gözləyir. Əgər yaxın gələcəkdə belə bir format yarada və məsələni müzakirə mərhələsinə çıxara bilsək, təbii ki, bu barədə ictimaiyyətimizlə danışacağıq. Hazırda belə bir proses yoxdur. Bununla belə, mən bu prosesə yaxın gələcəkdə başlamaq üçün ilkin şərtlər görürəm”.
S.Şahramanyan eyni zamanda Qarabağ ermənilərinə çağırış edərək, onları Ermənistanda yaşayıb-yaratmağa çağırıb: “Ermənistanın bizim Vətənimiz olduğunu unutmayın”.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 29-10-2023 11:22
Baxış sayı: 3236
Yazı axını
07 / 01 / 2025
07 / 01 / 2025
07 / 01 / 2025
06 / 01 / 2025
05 / 01 / 2025
03 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
01 / 01 / 2025
01 / 01 / 2025
31 / 12 / 2024
31 / 12 / 2024
31 / 12 / 2024
29 / 12 / 2024
28 / 12 / 2024
28 / 12 / 2024
27 / 12 / 2024
26 / 12 / 2024
26 / 12 / 2024
25 / 12 / 2024
25 / 12 / 2024
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
Ən çox oxunanlar