
Reklam
Moskva sülhməramlıları niyə indi çıxarmaq istəmir? - ÜÇ SƏBƏB
14-10-2023 09:30

- Azərbaycan özü erməni silahlı qüvvələrini tərki-silah edir və ərazisindən çıxarır;
- Sülhməramlıların qalma müddəti ilə bağlı qərar verəcək tərəflərdən biri - Ermənistan prosesdən kənarlaşdırılıb;
Azərbaycan sülhməramlıların qalma müddətinin uzadılmasını istəmir, Putinin "2025-ci il" sözlərindən sonra "əlbəttə, bu məsələni tərəfdaşlarımızla dialoq yolu ilə həll etməliyik" qeydi o deməkdir ki, Bakı rus kontingentinin fəaliyyətinin vaxtından əvvəl başa çatmasını, Moskva isə daha iki il qalmasını istəyir. Bu həm də o deməkdir ki, Rusiya sülhməramlılarının qalma müddətinin uzadılması (2025-ci ildən sonra) artıq gündəmdə deyil, bölgədə bunun üçün praktiki əsaslar da qalmayıb.
Rusiyanın ehtiyac qalmasa da, sülhməramlılarını 2025-ci ilə qədər saxlamaqda məqsədi var:
Birincisi, Bakı və İrəvan arasında vasitəçilik planını davam etdirən Moskvanın əsas istinad nöqtəsi tərəflərin imzaladığı yeganə sənəd olan 10 noyabr razılaşmasıdır: sülhməramlıların vaxtından əvvəl çıxması ümumilikdə bəyanatın legitimliyini sual altında salır;
İkincisi, 10 noyabr bəyanatının legitimliyinin sual altına düşməsi İrəvana kommunikasiyanın açılması öhdəliyindən imtina etmək imkanı yarada bilər və bu, Zəngəzur dəhlizi məsələsi fonunda təkcə ruslara deyil, Bakıya da sərfəli deyil;
Üçüncüsü, Moskva sülhməramlılarını Qarabağdan çıxarıb evə qaytarmağı yox, "sülhə töhfə" adı altında Cənubi Qafqazda saxlamaq niyyətindədir: rus kontingentinin hara köçürüləcəyi hələ də sual altında olsa da, Lavrov bu planlarını açıq şəkildə bəyan etdi: istisna deyil ki, Moskva kontingentinin açılacaq kommunikasiyaların "təhlükəsizliyinin təmin edilməsində" istifadə etmək istəyir və bu məsələlər həll edilənə qədər daha iki il Qarabağda qalmaq niyyətindədir;
Azərbaycanın bununla razılaşması ehtimalı var, xüsusilə iki amil fonunda.
- Ermənistan və Fransa başda olmaqla Qərb cəbhəsi Qarabağa "beynəlxalq missiya"nın daxil olmasını gündəmə gətirir: sülhməramlıların indi çıxarılması Qərb oyunçularının "boşluğu doldurmaq" istəklərinin önünü aça bilər və mümkündür ki, Bakı rus sülhməramlılarını bu planlara qarşı istifadə edəcək;
- Bakı Zəngəzur dəhlizi planları fonunda 10 noyabr razılaşmasının legitimliyinin sual altına düşməsini istəmir;
Lakin sülhməramlılar daha iki il qalacaqsa, onların fəaliyyətinin maksimum formallaşdırılması, heç bir "nəzarət zonası"nın qalmaması lazımdır.
Asif Nərimanlı
Kateqoriya: Qarabağ
Tarix: 14-10-2023 09:30
Baxış sayı: 3177Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















