Reklam
Gözəlliyi ilə heyran edən Laçından reportaj - ŞƏKİL/VİDEO
14-10-2023 14:40

Laçın rayonu 18 may 1992-ci ildə ermənilər tərəfindən işğal olunmuşdu. Azərbaycan ordusu 2020-ci ildə 44 günlük müharibədə Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi.
Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi.
Bundan sonra Laçının inkişaf dövrü başladı.
Artıq insanların Laçında rahat yaşamalarının təmin edilməsi üçün bütün infrastrukturu – su, kanalizasiya və elektrik xətləri, yollar, Laçın şəhərinin bütün daxili yolları yenidən qurulub. Otuz ilə yaxın işğal altında qalan, düşmənin viran qoyduğu Laçın indi azad nəfəs alır, yenidən qurulur, dirçəlir.
Laçın şəhəri sürətlə müasir görkəminə bürünür.
Yeni evlərin gözəl dizaynı və mənzərəsi baxanları heyran edir. İllərdir işğalın ağrı-acısını çəkən bu qədim Azərbaycan yurdu sanki öz sakinlərinin qayıdışına sevinir, onları təbiətinin gözəlliyi ilə salamlayır, göz qamaşdırır.
Qeyd edək ki, “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq Laçın şəhərində 247 ailə, yəni 956 nəfərin daimi məskunlaşması təmin edilib.
Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
“Trend”in əməkdaşının Laçından hazırladığı reportajı təqdim edirik:
Dalidag.az


























Kateqoriya: Qarabağ
Tarix: 14-10-2023 14:40
Baxış sayı: 3261Yazı axını
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























