Reklam
Xankəndidə dəhşətli partlayışı ermənilər buna görə törədib
09-10-2023 12:25
Dalidag.az xəbər verir ki, yüzlərlə erməninin ölümünə səbəb olan partlayışla bağlı indiyə qədər müxtəlif versiyalar irəli sürülsə də, hadisənin dəqiq səbəbi açıqlanmır.
Ermənilər arasında Azərbaycanı ittiham edənlər də vardı, hərçənd, heç bir əsas tapa bilmədilər. Versiyalardan biri də separatçıların “rəhbərləri”nin helikopter, yaxud təcili tibbi yardım maşınlarında “yanğından zərərçəkmiş” şəxs kimi qaçması üçün bunu törədə biləcəyinə dair idi. Lakin separatçıların son “rəhbərliyinin” Ermənistana keçə bilməsi, azərbaycanlılara qarşı qətliamlar törətmiş əvvəlki “rəhbərlərinin” isə qandalanaraq, Bakıya gətirilməsi bu versiyanı zəiflədir.
“Haykakan Jamanak” qəzeti partlayışla bağlı yeni detallar əldə etdiyini iddia edib.
Qəzet keçmiş separatçı rejimdə təmsil olunmuş şəxslərdən birinə istinadən yazır ki, benzin çənini erməni sakinlər partladıb.
“Orada mövcud olan yanacaq “ordunun” (qondarma silahlı dəstələr-red) ehtiyatı idi. Lakin hər kəs çıxmağa başlayanda əhali arasında təşviş yarandı və insanlar yanacaq götürmək üçün anbara axışdılar. Proses nəzarətdən çıxmışdı, qarışıqlıq yaranmışdı. Hamı qabağa düşmək istəyir, tez benzin götürüb getməyə çalışırdı. Həmin vaxt sakinlərdən biri benzin çəninin başqa bir yerində qazma ilə (drel) deşik açmaq istəyib, nəticədə partlayış baş verib”, - hadisə haqda məlumatlı mənbə bildirib.
Kateqoriya: Qarabağ
Tarix: 09-10-2023 12:25
Baxış sayı: 4351Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















