Reklam
Qarabağ erməniləri gedir - Separatçılar “nəzarəti” artırdı
16-09-2023 11:00

Son vaxtlar Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yaşayan ermənilərin Ermənistana getməsi separatçıları ciddi şəkildə narahat edib.
Dalidag.az xəbər verir ki, bununla bağlı erməni mediası məlumat yayıb.
Bildirilib ki, separatçıların yeni rəhbəri Samvel Şahramanyan bununla bağlı iclas keçirib, əsas məsələ isə Qırmızı Xaç və Rusiya sülhməramlıları vasitəsilə Ermənistana gedən sakinlər olub.
“Qarabağdan gedənlərin əsasən Ermənistan ordusunun əsgərləri olması barədə Azərbaycan mediasında yayılan məlumatlar həqiqəti əks etdirmir.
Ermənistana gedənlər ciddi sağlamlıq problemləri olan şəxslər, Rusiya Federasiyasının vətəndaşları və onların ailə üzvləri, Qarabağın mədən sənayesində, digər sahələrdə tikintidə işləmiş Ermənistan Respublikasının vətəndaşları və Ermənistan və xaricdə ali məktəblərə qəbul olanlardır.
Bununla bərabər, bu müddət ərzində müxtəlif şəxslər “sərəncamdan yan keçərək” müxtəlif yollarla Qarabağı tərk ediblər ki, bu da haqlı olaraq müxtəlif daxili şikayətlərə səbəb olub”, - məlumatda bildirilib.
Separatçıbaşının keçirdiyi iclsada Qarabağdan çıxışa nəzarətin gücləndirilməsi, başqa sözlə, girov saxlanılan ermənilərə daha sərt nəzarət barədə “qərar” verilib.axar.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 16-09-2023 11:00
Baxış sayı: 3325Yazı axını
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12





























