Reklam
Laçında 32 ildən sonra ilk zəng çalındı - ŞƏKİLLƏR
15-09-2023 13:56

Laçın şəhərində 32 ildən sonra ilk zəng çalınıb.
Dalisag.az xəbər verir ki, Laçın şəhəri 2 saylı tam orta məktəbdə "Bilik günü" qeyd olunub.
Tədbirdə Milli Məclisin deputatı Mahir Abbaszadə, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Laçın Rayon Təhsil Sektorunun müdiri Nicat Həsənov, digər rəsmi şəxslər, valideynlər, Laçın sakinləri iştirak ediblər.
2 saylı tam orta məktəbdə Laçın şəhərinə qayıdan sakinlərin 227 övladı ilə yanaşı müvəqqəti olaraq rayonun Zabux kəndinə köçürülənlərin övladları da təhsil alacaqlar. Çünki Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbində tədris oktyabrın 1-dən başlayacaq. Həmin məktəbdə təhsil alacaq şagirdlər məktəb fəaliyyətə başlayanadək müvəqqəti Laçın şəhəri 2 saylı tam orta tədrislərini davam etdirəcəklər.
Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Laçın rayon 2 saylı tam orta məktəbin əsaslı təmirdən sonra açılışında iştirak ediblər.
Laçın şəhər 2 saylı tam orta məktəbin binasının layihələndirilməsi və əsaslı təmiri məqsədilə Azərbaycan Prezidenti 2022-ci il sentyabrın 22-də Sərəncam imzalayıb. Sərəncama əsasən, ötən ilin dekabrında məktəb binasında bərpa-gücləndirmə və əsaslı təmir işlərinə başlanılıb. Ümumilikdə 510 şagird yerlik məktəbin üçmərtəbəli binasının sahəsi 4550 kvadratmetrdir. Binada 24 yerlik doqquz, 18 yerlik beş və 12 yerlik dörd sinif otağı, 1 informatika, 1 texnologiya kabineti, 3 laboratoriya, 18 yerlik məktəbəqədər hazırlıq otağı və 24 yerlik hərbi hazırlıq kabineti var.
Azərbaycan Prezidentinin qeyd olunan Sərəncamı ilə Laçın rayonunun 176 şagird yerlik Zabux kənd tam orta məktəbi binasının layihələndirilməsi, əsaslı təmiri və bərpasına başlanılıb. Həmin məktəb binasının ümumi sahəsi 1245 kvadratmetrdir. Binada 11 sinif otağı, kimya, fizika laboratoriya otaqları, informatika kabineti, yeməkxana, tibb otağı, akt və gimnastika zalları, hərbi hazırlıq kabineti, kitabxananın yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, Laçın rayonunun Sus kəndində də məktəb tikintisinə başlanılıb.
Dalisag.az








Kateqoriya: Qarabağ
Tarix: 15-09-2023 13:56
Baxış sayı: 3845Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















