Reklam
Paşinyan Makrondan nə xahiş edib?
09-09-2023 13:10

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla bugünkü telefon danışığı zamanı sərhəddəki vəziyyətin yumşalması üçün Azərbaycan lideri İlham Əliyevlə fövqəladə müzakirələr aparmağa hazır olduğunu bildirib.
Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti bildirib.
Məlumata görə, söhbət zamanı Laçın yolu, Qarabağdakı vəziyyət, Ermənistan-Azərbaycan dövlət sərhədindəki gərginlik, o cümlədən hərbi əməliyyatların artması tendensiyaları ilə bağlı məsələlər müzakirə olunub.
"Prezident Makron vurğulayıb ki, sərhədlər boyu gərginliyi azaltmaq lazımdır. Paşinyan Azərbaycan prezidenti ilə gərginliyin azaldılması məqsədilə fövqəladə müzakirələr aparmağa hazır olduğunu bildirib", - rəsmi İrəvanın məlumatında deyilir.
Mətbuat xidməti həmçinin bəyan edib ki, Ermənistanın baş naziri 6 oktyabr 2022-ci il tarixli Praqa sazişlərinə və 14 may 2023-cü il tarixli Brüssel razılaşmalarına, eləcə də bütün məsələlərin müstəsna olaraq diplomatik vasitələrlə və konstruktiv şəkildə həllinə yanaşmaya sadiqliyini vurğulayıb.
“Makron regionda sülh və sabitliyin bərqərar olması üçün səyləri dəstəkləməyə hazır olduğunu bildirib”, - məlumatda qeyd edilib.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 09-09-2023 13:10
Baxış sayı: 4302Yazı axını
17 / 08 / 2026
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17



























