Reklam
Növbəti erməni fırıldağı: Xankəndiyə göndərilən unun köhnə olması yalandı
30-08-2023 14:15

Bakıdan Xankəndiyə göndərilən 40 ton un məmulatının köhnə və keyfiyyətsiz olması barədə erməni tərəfinin iddiaları əsassızdır.
Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Elşən Səlimzadə humanitar yükün gözlədiyi ərazidə xarici media qurumlarının əməkdaşlarına deyib.
O bildirib ki, hər birində 20 ton un olmaqla 2 yük maşınına yüklənmiş un 28 avqust 2023-cü ildə istehsal edilib.
Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Un yüklü iki avtomobil dünəndən Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir.
Humanitar yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub.
"Bloomberg", "BBC", "Getty İmage" və digər media qurumlarının əməkdaşları Bakıdan Xankəndiyə göndərilən humanitar yüklə bağlı vəziyyəti öyrənmək üçün humanitar yükün gözlədiyi əraziyə gəliblər.
Kateqoriya: Qarabağ
Tarix: 30-08-2023 14:15
Baxış sayı: 3591Yazı axını
17 / 08 / 2026
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17



























