Reklam
Azərbaycana qarşı savaşa hazırlaşırlar - “Müdaxilə iki istiqamətdə ola bilər”
17-08-2023 10:21

“Ermənistan Azərbaycanla sülhə danışıqlar yolu ilə getməyəcək”.
Dalidag.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert Ermənistanın Azərbaycana qarşı son təxribatçı fəaliyyətlərinə diqqət çəkib:
“Ermənistan iki istiqamətdə hərbi toqquşmaya hazırlaşır.
Ermənistan Avropa İttifaqının mülki missiyasının fəaliyyətindən istifadə edərək Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində şərti sərhəddə artilleriya və zirehli texnikalar cəmləşdirir. Ermənistan rəhbərliyi sülh danışıqlarında maraqlı olsaydı, belə addımlara getməzdi. Görünən budur ki, Ermənistan sülh müqaviləsini imzalamağa yox, savaşa hazırlaşır.
Qənaətimə görə, Azərbaycana qarşı “humanitar şou”dan istifadə edərək ölkəmizə qarşı beynəlxalq təzyiqin formalaşdirılmasına nail olmağa çalışan ermənilərin sonrakı addımları irimiqyaslı təxribatlara ola bilər. Ona görə də Azərbaycan bu gəlişməni qabaqlamalı, dərhal düşmənin dayaq məntəqələri və döyüş postlarının zərərsizləşdirilməsinə başlamalıdır. Ermənistan sülhə danışıqlar yolu ilə getməyəcək. Savaş yolu isə Ermənistana baha başa gələcək”.teleqraf.com
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 17-08-2023 10:21
Baxış sayı: 3378Yazı axını
17 / 08 / 2026
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17



























